Kulic effekti — Biologiya və psixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub.
Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər.
"Kulic effekti" adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu:
1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulic həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur: