Kuqərsen rayonu | |||||
---|---|---|---|---|---|
Күгәрсен районы | |||||
|
|||||
52°42′50″ şm. e. 56°37′37″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34789 | ||||
Poçt indeksi | 4533ХХ | ||||
Avtomobil nömrəsi | 02, 102 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kuqərsen rayonu (başq. Күгәрсен районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Morak kəndidir.
Rayon respublikanın cənubunda, Aqidel çayının sol sahilində, Orenburq vilayəti ilə həmsərhəddir. 1930-cu ildə təsis edilmişdir. Rayonun ərazisi 3372.64 km²-dir.
Rayon şimal, mərkəzi və şərq hissələri Zilair yaylası və hündürlüyü 740 m-ə qədər olan dağlarla əhatələnmişdir. Qərbdən Ümumi Sırtın 590 m-ə qədər olan şimal qayaları ilə əhatələnir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan İrtyubyak, Böyük İk, Kiçik İk, İnyak, Nakas ilə formalaşır. Aqidel çayındakı, Yumaquzin kəndi yaxınlığında böyük bir su elektrik stansiyası tikildir. Cökə, palıd, ağcaqayın meşələri ərazinin 40% -ni tutur. Rayonda qaz kondensatı, qonur kömür, gil, tikinti daşı, gips, qum və çınqıl, aqronom filizləri vardır.
Kənd təsərrüfatına yararlı torpaqlar: 174,4 min ha, əkin sahələri - 96,9 min ha, otlaqlar - 56,6 min ha, biçənəklər - 20.8 min ha. Rayonun əsas təsərrüfat sahəsi kənd təsərrüfatıdır. Bitkiçilikdə taxılçılıq, şəkər çuğunduru və günəbaxan becərilməsi, heyvandarlıqda ətlik və südlük maldarlıq, qoyunçuluq, donuzçuluq, arıçılıqla təmsil olunur.
Rayonda 11 kənd təsərrüfatı müəssisəsi, 11952 fərdi yardımçı təsərrüfat və 148 fermer təsərrüfat mövcuddur.
Rayon ərazisindən Maqnitoqorsk-İra magistral yolu ilə keçir.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 27,59 min nəfər. 2035 - 25,01 min nəfər.
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 55,1%, ruslar - 28,9%, tatarlar - 13%, digər millətlərdən olanlar - 3%[3]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.
Durtöylö rayonu ərazisinə 20 kənd inzibati vahidliyinə ümumilikdə 114 yaşayış məntəqəsi daxildir.
Əhaliyə tibbi xidmət göstərmək üçün 186 çarpayıya sahib xəstəxana vardır. Ümumilikdə 52 feldşer-mama məntəqəsi var. Səhiyyə sektorunda 60 həkim və 268 orta tibb işçisi fəaliyyət göstərir.
Ambulatoriya müəssisələrinin gücü bir növbədə 405 ziyarətçi üçün nəzərdə tutulmuşdur.