Kuryer — bir yerdən və ya şəxsdən başqa yerə və ya şəxsə mesajlar, bağlamalar və ya məktublar çatdıran və ya verən şəxsdir.[1][2]
Oktavian Avqustun dövründən etibarən qədim yunanlar və romalılar anabasii adı verdikləri at arabasından istifadə edən kuryerlər vasitəsilə uzun məsafələrə mesajlarını və ya əmrlərini çatdırırdılar.[3] Anabasii sözü yunan dilindən tərcümədə "montaj" və ya "quraşdırmaq" demək olan αναβασις sözündəndir.[4]
Bundan əlavə piyada poçtalyonlar da mövcud idilər və bu insanlar çox uzun məsafələri piyada qət edirdilər.
Qədim Yunanıstanda kuryer olmuş olan Fidippid eramızdan əvvəl 490-cı ildə yunanların farslar üzərində qələbə qazandığı Marafon döyüşündən sonra bu qələbə xəbərini Afinaya çatdırmaq üçün Marafon şəhərindən Afinaya kimi olan 42 km (26 mil) məsafəni qaçmışdır.[5][6][7] Marafon kimi tanınan uzun məsafəli qaçış yarışı da, məhz bu qaçışın şərəfinə adlandırılmışdır.[8]