Kut qəzası | |
---|---|
32°33′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | |
Kut qəzası (ərəb. قضاء الكوت) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir.
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir.[1][2]
2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi.[2] Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır.[2] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi.
Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.[3] Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.[3]
Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.