Kuybaşev su anbarı | |
Kuybaşev su anbarı | |
53° şm. e. 49° ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yerləşməsi | Tatarıstan, Çuvaşıstan |
Rayon | əyalətləri |
Dəniz səviyyəsi | 53 m |
Uzunluğu | 500 m |
Eni | 40 m |
Sahəsi | 6.450 m² |
Həcmi | 58 m³ |
Orta dərinliyi | 8 m |
Tökülən çaylar | Volqa, Kama,Kazanka |
Axan çaylar | Volqa |
Kuybışev su anbarı (bəzən Juqulev dənizi adlanır) — Volqa çayının ən böyük su anbarıdır. Bu su anbarı 1955-1957-ci illərdə Juqulev SES-in tikintisi bitəndən sonra Stavropol şəhəri yaxınlığında yaradılmışdır. Sahəsinə görə dünyada üçüncü ən iri su anbarı hesab edilir. Su anbarının adı Kuybışev şəhərinin adından götürülmüşdür. Su anbarının uzunluğu 500 km, ən enli yeri Kama çayı yaxınlığında 40–44 km-dir. Su səthinin sahəsi-6,45 min km²-dir. Suyun ümumi həcmi-58 kv km, bunun 34 kv km-i faydalıdır. Su anbarının iri körfəzləri Kama, Sviya, Kazanka və digər çayların vadilərində formalaşır. Su anbarı Volqanın axımını da dəyişmişdir. Su anbarının tikilişindən sonra burada su əvvəlkinə nisbətən 3-5 gün əvvəl donma, və buzdan daha gec azad edilmə müşahidə edilmişdir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, su anbarında 49 balıq növü yaşamışdır. Kuybışev SES-nin tikintisindən sonra onların sayında azalma müşahidə edilmişdir. Belə ki, bu rəqəm 39-40 arasında olmuşdur. Süni vətəqələrin yaradılması ilə bəzi növlərin sayında artım müşahidə edilmişdir.
1980-cı illərin ortasından başlayaraq su anbarının canlılar aləminə antropogen təsirin gücü artmışdır. Su anbarında ağır metalların miqdarı o qədər çoxalmışdır ki, hətta balıqlarda onların miqdarı müəyyən edilmişdir. Belə ki, sinkin, xromun və qurğuşunun miqdarı YVH-dən 2 dəfə artıq olmuşdur. Texnogen təsirlərin yüksək olduğu ərazilərdə bu göstəricilər daha yüksək həddə olmuşdur. Pestesidlərin və ağır metalların duzlarının toplanması balıqların bioloji göstəricilərinə mənfi təsir etmişdir. Onların boyları uzanmamış və bir çox xəstəliklərə tutulmuşlar.
Usiy körfəzi
Çeremşan körfəzi
16 km: Маyniy körfəzi: Qırmızı
Kam körfəzi
90 km: Şumbut (пр)