Körpüçay

Körpüçay
türk. Köprüçay
Köprüçay
Köprüçay
Ölkə
Mənbəyi Tavr dağları, Türkiyə
Mənsəbi Aralıq dənizi
Uzunluğu
  • 183 km
Hövzəsinin sahəsi 1.942,4 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpüçay (türk. Köprüçay) — Türkiyənin Antalya əyalətindən axan çay.

Ətraflı məlumat

[redaktə | mənbəni redaktə et]

Körpüçay Türkiyə Respublikasının İsparta əyalətində Tavr dağlarından başlayıb dar və dərin kanyonlarla Serik düzənliyindən keçərək Aralıq dənizinə tökülür. Çay karst suları ilə qidalanır. Çayın aşağı axarında Qocadərə və Sağırı dərələri var. Əvvəlcə geniş vadidə axan su Bolhasan kəndindən dar kanyona daxil olur. Selik düzənliyinə və ordanda Aralıq dənizinə tərəf istiqamətlənir.[1]

Çayın üzərində 96 MW gücünə malik Beşqonaq II Hidroelektrik stansiyası quraşdırılıb. Çayın Bolasan kəndi və Beşqonaq ərazisindən yerləşən hissəsində Körpülü Kanyon Milli Parkı[2] təşkil edilib. Bu park əhəmiyyətli rafting mərkəzlərindən biridir.

Körpüçay üzərində iki qədim körpü var. Oluk körpü II əsrə aid olduğu ehtimal edilir. Körpü Roma arxitekturasında inşa edilib. Bu körpü qədim vaxtlarda Pisidiya əyalətinin Selge və Pednelissos bölgələri ilə Pamfiliya əyalətinin Aspendos və Side bölgələrini birləşdirdiyi üçün olduqca əhəmiyyətlidir. Aspendos və Side şəhərlərini birləşdirən körpü Belkıs körpüsü adlanır. Körpü IV əsrdə Romalılar tərəfindən tikilmiş və günümüzə qədər çatmışdır.

  1. Çalışma alanının su kaynakları[ölü keçid] SERİK OVASINDA (ANTALYA) NLEAP BİLGİSAYAR MODELİ İLE SİMULE EDİLEN NİTRAT YIKANMA GÖSTERGELERİNİN UZAYSAL DEĞİŞKENLİĞİ.
  2. Köprülü Kanyon Milli Parkı Arxivləşdirilib 2016-02-14 at the Wayback Machine ANTALYA İL ÇEVRE DURUM RAPORU. csb.gov.tr. 2011.