Künər vilayəti | |
---|---|
کونړ | |
35°00′ şm. e. 71°12′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Əsədabad (Əfqanıstan) |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 1.906 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-KNR |
Vikianbarda əlaqəli mediafayllar |
Künər vilayəti (puşt. کونړ, fars. کنر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər[1], inzibati mərkəzi Əsədabad şəhəridir.[2] Vilayətin Pakistanla 175 km-lik sərhəddi var.[3]
Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir.[3]
Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.[4]