Kürkün

Kürkün
41°22′18″ şm. e. 48°21′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.016 m
Saat qurşağı
Əhalisi
Əhalisi 349 (2009) nəfər
Xəritəni göstər/gizlə
Kürkün xəritədə
Kürkün
Kürkün

KürkünAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.[1]

Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur.

Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir. Yaşayış məntəqəsi təbiicoğrafi mövqeyinə görə belə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
  • Təbiət baxımdan zəngin olan havası isə çox gözəl və ekoloji baxımdan təmiz olan Kürkün kəndi Azərbaycanın ən səfalı guşələrindən biridir.

Kənddə 100-dən artıq ev vardır. Kəndin yeni tikilmiş məscidi, həmçinin kənd stadionu mövcuddur. Kürkün kəndindən Rusiya Federasiyasında da (Surqutda) Kürkünlülər yaşayır. Kürkün kəndi Qubanın Uzunmeşə, AlpanQusarın Xuray, Qayakənd kəndləri ilə sərhəddir.

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 349 nəfər əhali yaşayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629