Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya.[1][2][3]
Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub.[4]