Küzəcik

kənd
Küzəcik
40°16′23″ şm. e. 45°08′40″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Kəvər rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 24,6 km²
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.115 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Küzəcik xəritədə
Küzəcik
Küzəcik

Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.[2]

Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].

Toponim bayat boyundan olan güzücəkli etnonimi[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur.

Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir[5].

Küzəcik kəndindən azərbaycanlılar XX əsrin əvəllərində, 1905-1906-cı illərdə deportasiya edilmişdir. Burada 1918-ci ildə 119 nəfər[6], 1926-cı ildə 1 nəfər azərbaycanlı olmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.153
  4. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.233
  5. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598
  6. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216