Kəpənəkçiçək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Kəpənəkçiçək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.