Kərgədan mövsümü | |
---|---|
fars. فصل کرگدن kürd. وەرزی کەرگەدەن | |
Janr | dram filmi[1] |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifi | |
Baş rollarda | |
İlk baxış tarixi | 2012, 18 aprel 2013[4] |
Müddət | 92 dəq. |
Ölkələr | |
Dil | fars dili |
Rəng | rəngli |
IMDb | ID1850419 |
Kərgədan mövsümü — 2012-ci ilin filmi.
Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir. Qatıldığı festivallardan bol təriflərlə dönən film BBC tərəfindən "Sürgündəki İranlı rejissorun yenidən doğuşu" başlığıyla yayımlanmışdır. The Globe And Mai ,The Hollywood Reporter və Screen Daily kimi seçmə saytlardan müsbət tənqidlər almışdır.