Kərpicli

kənd
Kərpicli
40°09′23″ şm. e. 44°39′04″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Qırxbulaq mahalı]]
Rayon [[Ellər rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.880 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 738 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kərpicli xəritədə
Kərpicli
Kərpicli

Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir.

Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur.

Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır[3].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir[4].

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə məcbur olan azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 36 nəfər azərbaycanlı yaşamışdır[5].

1924–1925-ci illərdə yenidən onlar öz doğma yurdyuvalanna qovulmuşlar. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.46–47, 126–127
  4. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.821
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.126–127

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]