Kəşmirdə məhəbbət | |
---|---|
Baş rollarda | |
İlk baxış tarixi | 1965 |
Ölkə | |
Dil | Hind dili |
IMDb | ID0058921 |
Kəşmirdə məhəbbət (Rom: Arzoo; tərcüməsi: Arzu) 1965-ci ildə Ramanand Saqarın rejissoru olduğu Bollivud filmidir. Baş rollarda Racendra Kumar, Sadhana və Feroz Xan çəkilib. Film 1965-ci ilin blokbaster filmlərindən biri olmuş və həmin ilin 4-cü gəlir gətirən filmi idi. Kəşmirdə məhəbbət həyat və tale üzərində qələbə çalan sevginin hekayəsidir. “Əlillərə nifrət etmək” mövzusu Navin Nischol və Shabana Azminin baş rollarında oynadığı Racşirinin (Rajshri) çəkdiyi Ek Baar Kahoda filmində də əsas mövzu olmuşdur.
Qopal (Racendra Kumar) xizək idmanı üzrə çempiondur. O, Cammu və Kəşmirdəki tətillərində Uşa (Sadhana) ilə özünü Sarju kimi təqdim edərək tanış olur. Sonradan onların hər ikisi bir-birlərinə aşiq olurlar. Bir gün Uşa Qopala əlilləri sevmədiyini deyir. Onun fikrincə, əlil həyatı yaşamaqdansa, ölmək daha yaxşıdır. Qopal tətilini Kəşmirdə keçirdikdən və Uşaya onunla evlənəcəyini vəd etdikdən sonra valideynləri və bacısı Sarlanın yaşadığı Dehliyə qayıdır. Yolda avtomobil qəzasında ayağını itirir. Bu hadisədən Qopal narahat olur. Uşanın sözlərini xatırladığından onun həyatından uzaqlaşmaq üçün qaçmağa çalışır. O, indi əlil olduğu üçün Uşanın onu qəbul etməyəcəyini düşünür. Sonra Dehliyə qayıdır və Uşa haqqında heç nə demir. Bu vaxt Uşa onu tapmaq üçün çox çalışır, lakin ondan heç bir əsər-əlamət tapa bilmədiyinə görə Qopalın problemlərinin olduğunu və ona görə də onunla əlaqə saxlaya bilməyəcəyini düşünməyə başlayır.
Qopalın ən yaxın dostu Rameş (Feroz Xan) dostunun sevgi hekayəsindən xəbərsiz olaraq Uşa ilə evlənmək istəyir. Uşa bu təklifə bir neçə dəfə “yox” dedikdən sonra atası Uşanın adından razılaşır və bundan sonra Uşa da nikahla razılaşır. Lakin onun toyu günü, Kəşmirdəki istirahət evinin sahibi Mamdhu (Mehmood) gəlir və onun gəlişi ilə bir möcüzə baş verir və əvvəlcə Ramesh, sonra Uşa Qopal və Sarjunun iki deyil, bir şəxs olduğunu öyrənirlər. Sonra isə bu vəziyyət filmin kulminasiya nöqtəsini təşkil edir