La ilahə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) – İslamın başlıca ehkamlarından biri olan təkallahlığın qısa ifadəsi kimi bu formulun və onun davamının (və Məhəmməd Rəsulallah) rəsmi şəxs qarşısında üç dəfə tələffüz edilməsi islam dinini qəbul etmək mərasiminin əsasını təşkil edir. Müsəlmanlar bu formulu müxtəlif hallarda təkrar edirlər. Həmin formul demək olar bütün ibadətlərə, azana daxildir, müsəlman ornamentlərində ondan geniş istifadə olunur.
Əli ibn Məhəmməd "Ən gözəl zikr hansıdır?" sualına "Dodağın dodağa dəymədiyi zikr" (yəni la ilahə illəllah) deyə cavab vermişdir.