La noche es para mí | |
---|---|
2009 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | İspaniya |
Müğənni(lər) | Soraya Arnelas |
Dillər | ispan dili |
Bəstəkar(lar) |
İrini Miças,Dimitri Stassos, Yason Qil |
Sözləri | Felipe Pedroso |
Final nəticəsi | |
Çıxış sırası | 25 |
Yeri | 24 |
Xalı | 23 |
Xronologiya | |
◄ Baila El Chiki-Chiki (2008) | |
Algo pequeñito (2010) ► |
"La noche es para mí", (azərb. Mənim üçün gecə) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır.[1] Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı.
Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü.[2] Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı.[3]
Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı. Mahnının bu İspanca sözləri Felipe Pedroso tərəfindən yazıldı.[4] 20 dekabr 2008-ci ildə Soraya mahnını Eurovisión 2009: E l retorno ön seçmələrində söyləməyə qərar verdi. Ən sonunda seçilən mahnı Moskvaya göndərildi.[5]