Labinski rayonu

Labinski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°38′23″ şm. e. 40°43′41″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Labinsk[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 1.843 km²
Əhalisi
Əhalisi
  • 89.580 nəf. (2023)[3]
Rəsmi sayt
Labinski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Labinski rayonu (rus. Кущёвский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Labinsk şəhəridir.

Rayon Baş Qafqaz silsiləsinin şimal yamacının ətək zonasında yerləşir, bu da rayonun düz bölgələrdən xeyli fərqlənən təbii və iqlim şəraitinin yaranmasına səbəb olmuşdur.

Rayon həmsərhəddir: şimalda Kurqaninski, şərqdə Krasnodar diyarının Novokubanski və Otradnenski rayonları ilə, qərbdə Krasnodar diyarının Mostovski rayonu və Adıgeyin Koşexabl rayonu ilə, cənubdaQaraçay-Çerkes Respublikası ilə. Rayonun kənd təsərrüfatı torpaqları 148,8 min hektardır. Əkin sahələri 105,2 min hektar ərazini əhatə edir.

Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Armavir bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 8 kənd məclisi daxil idi: Vladimirski, Zassovski, Kaladzhinski, Labinski, Novoalekseevski, Rodnikovski, Xlebodarovski, Çamlıkski. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarına daxil edilir. 13 fevral 1928-ci ildə rayonun əksər hissəsi Labinskaya kəndi ilə birlikdə Maykop dairəsinə verilir, ləğv edilmiş Mostovski rayonunun ərazisi də bu bölgəyə daxil edilir. 6 noyabr 1929-cu ildə ləğv edilmiş Voznesenski rayonunun ərazisinin bir hissəsi rayona birləşdirilir. 10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarının bir hissəsi olur. 13 sentyabr 1937-ci ildən etibarən Labinski rayonu Krasnodar diyarının bir hissəsi olur. 1939-cu il avqustun 21-dən 1953-cü il avqustun 22-dək, mərkəzi Upornaya kəndində olan Upornenski rayonu rayon ərazisindən ayrılmışdır. 22 aprel 1962-ci ildə ləğv edilmiş Psebayski və Yaroslavski rayonlarının ərazisi rayonun bir hissəsi olur. 1 fevral 1963-cü ildə Labinski kənd rayonu qurulur[4]. 1963-cü il fevralın 11-dən 1964-cü il martın 3-dək rayon ləğv edilmiş Kurqaninski rayonunun ərazisini əhatə etmişdir. 12 yanvar 1965-ci ildə Labinsk şəhəri regional tabeli şəhərlər kateqoriyasına daxil edilir. 21 fevral 1975-ci ildə Labinski rayonunun bir hissəsində Mostovski rayonu qurulur. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 13 bələdiyyə qurulur.

1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 100 491 nəfər təşkil etmişdir. Əhalinin 60,8 % şəhər, 39,2 % kənd əhalisidir. Bütün əhali arasında kişilər 45,3 %, qadınlar 54,7 % təşkil edir. Ümumi əhalinin 58506 (58,2 %) nəfəri əmək qabiliyyətli insanlar, 24,0 %-i pensiyaçılardır[5].

İnzibati-ətazi vahidləri

[redaktə | vikimətni redaktə et]

Labinski rayonunda 1 şəhər və 12 kənd inzibati vahidliyinə 41 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxsləri

[redaktə | vikimətni redaktə et]

Maksim İvanoviç Dontso, (1914 - 1985) - Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı.

İvan Terentyeviç Zamertsev (1899 - 1981) - Sovet hərbi lideri, general-mayor.

Dmitri İqnateviç Korkotsenk, (1922 - 1990) - Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  4. "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
  5. "Департамент здравоохранения Краснодарского края, Лабинский район". 2019-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.