Lacrimas Profundere | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
qotik metal doom metal qotik rok hard rok |
Fəaliyyət illəri | 1993—h.h. |
Ölkə | Almaniya |
Leybl | Napalm Records |
Heyət |
Oliver Nikolas Schmid Julian Larre Peter Kafka Tony Berger Korl Fuhrmann |
Keçmiş üzvlər | Bax: Keçmiş üzvləri |
www.lacrimas.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lacrimas Profundere — Alman qotik metal qrupu, mənası (latın dilində "göz yaşı axıtmaq")
"Lacrimas Profundere" qrupu Oliver Schmid və qardaşı Christopher Schmid tərəfindən 1993-cü ilin əvvəllərində quruldu. Lacrimas o illərdə doom metalı qotik elementlərlə birləşdirən nadir qruplardan idi. Daha sonra 1995-ci ildə (skripka və vokal)-a Anja Hötzendorfer qrupa qatıldı. Anja-nın klassik musiqi keçmişi olması qrupun musiqi quruluşuna olduqca təsir etmişdi. Klassik musiqi elementlərinə olduqca sıx bir şəkildə yer verərək ilk albomlarını 1995-ci ildə "… And The Wings Embraced Us"-u çıxartdılar. Albom çıxdıqdan sonra olduqca yaxşı reaksiyalar aldı və bu albomdan "Snow" sinqlı və "Deathophobia-Sampler IV" adlı compilation albomda çıxarıldı. İkinci albom üçün işləməyə başlayan qrup, İsveçli albom şirkəti "Witchhunt Records" ilə müqavilə imzalayaraq , 2. albomları olan "La Naissance D'Un Rêve" dinləyicilərin ixtiyarına verildi.
1999-cu ildə qrup məşhur Napalm Records albom şirkəti müqavilə imzalayaraq, "Memorandum" adlı albom çıxarıldı. 2001-ci ildə isə "Burning: A Wish" adlı albom çıxarıldı, bu albomda Oliver-in qardaşı Christopher Schmid bu albomdaki mahnılarda ağır vokal ilə oxuyaraq qrupun ilk ağır musiqilərdən ibarət albomu olmuşdur. Bu albomdan sonra qrup Avropa və Latın Amerikası ölkələrində konsertlər də çıxış etmişdir.
Lacrimas Profundere-nin daha sonrakı albomlar 2002-ci ildə "Fall, I Will Follow" və 2004-cü ildə "Ave End" albomları olmuşdur.
2007-ci ildə Kristofer Şmid konsertlərdəki stres və yorğunluqdan ötrü qrupdan ayrıldı, onun yerinə Rob Vitacca qrupa qatıldı.