Ladin dili

Ladin dili
Orijinal adı ladin
Ölkə
Regionlar Trentino-Alto Adice, Veneto
Danışanların ümumi sayı
  • 30.000 nəf.[2]
Təsnifatı
Hind-Avropa dilləri
İtalik dilləri
Roman dilləri
Qərbi roman dilləri[vd]
Qallo-İberiya dilləri[vd]
Qallo-roman dilləri[vd]
Gallo-Rhaetian[vd]
Rhaeto-Romance[vd]
Ladin dili
Yazı latın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 lld
Dilin strukturlarının dünya atlası ldn
Atlas of the World’s Languages in Danger 565
Ethnologue lld
ELCat 3392
IETF lld
Glottolog ladi1250
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ladin diliAvropanın Alp bölgəsində danışılan Roman dillərindən biri. Latın dilindən təkamül edən və Roman dilləri ailəsinə daxil olan Ladin dili əsasən İtaliyanın şimalında, xüsusilə Dolomit dağları ətrafında danışılır. Ladin dili Retoroman dilləri alt qrupuna daxildir və ən yaxın qohumları Furlan dili ilə Romanş dilidir.[3]

Coğrafi mövqeyi

[redaktə | vikimətni redaktə et]
Reto-Roman dillərinin ərazisinin daralması

Ladin dili 54-cü ildə azlıq dili kimi tanınır[4] İtaliyanın şimalında, Dolomit dağlarının yerləşdiyi ərazilərdə danışılan bir Retoroman dilidir. Bu dil əsasən Alp dağlarının bəzi vadilərində yayılmışdır və məhdud bir coğrafi sahədə istifadə olunur. Ladin dili Latın dilindən təkamül etmiş və öz unikal xüsusiyyətlərini qorumuşdur. Ladin dili əsasən İtaliyanın şimal-şərqində, Trentino-Alto Adige, Veneto və Friuli-Venesiya-Culiya bölgələrinin Dolomit dağları ətrafındakı vadilərində danışılır. Bu vadilər aşağıdakılardır: Bolzano əyalətində yerləşən Badia vadisi, Bolzano əyalətində Qardena vadisi, Trento əyalətində yerləşən Fassa vadisi, Belluno əyalətində yerləşən Livinallonqo vadisi, Belluno əyalətində yerləşən Ampezzo vadisi.[5] Ladin dili Alp dağlarının bir neçə kiçik və izolə olunmuş vadisində danışıldığı üçün dil coğrafi məhdudiyyətlər səbəbindən müxtəlif dialektlərə bölünmüşdür. Bu vadilərin coğrafi izolə olunması dilin qorunmasına və digər Roman dillərindən fərqli şəkildə inkişaf etməsinə imkan vermişdir. Ladin dilinin danışıldığı ərazilər çox vaxt üçdilli olur: burada həm İtalyanca, həm də Alman dili ilə yanaşı Ladin dilində danışılır.[6] Xüsusilə Trentino-Alto Adiqe bölgəsində Ladin dili rəsmi olaraq tanınır və bu ərazidəki mədəni müxtəlifliyin mühüm bir hissəsidir. Ladin dili coğrafi olaraq Romanş dilinin danışıldığı İsveçrə ərazisindən və Furlan dilinin danışıldığı İtaliyanın şimal-şərqindən fərqlənir. Dolomitlərin dağlıq təbiəti bu dilin digər Retoroman dillərindən fərqli bir inkişaf yoluna malik olmasına səbəb olmuşdur.[7]

  1. 1 2 ScriptSource - Italy.
  2. http://www.unesco.org/languages-atlas/en/atlasmap/language-id-565.html.
  3. Ladin // Lexico UK English Dictionary. Oxford University Press. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib.
  4. İKİNCİ HESABAT MİLLİ AZLIQLARIN MÜDAFİƏSİ ÜÇÜN ÇƏRÇİCƏ KONVENSİYASININ 25-ci MADDƏSİNİN 2-ci bəndinə əsasən (14 may 2004-cü ildə alınmışdır) İTALİYA TƏRƏFİNDƏN TƏQDİM EDİLMİŞDİR. şuralar, Avropa Şurası; Calalzo di Kadore Bələdiyyəsi Belluno əyalət şurası tərəfindən 25 iyun 2003-cü ildə qəbul edilmiş qərara əsasən tanındı.
  5. Statuto Speciale Per Il Trentono-Alto Adige Arxivləşdirilib 26 noyabr 2018 at the Wayback Machine (1972), Art. 102.
  6. "La pruma valutazions del diretor de l'Istitut Cultural Ladin Fabio Ciocchetti". La Usc di Ladins, nr. 26 /06 de messel 2012, p. 25 (italyan). 2012.
  7. Paul Videsott, Chiara Marcocci, Bibliografia retoromanza 1729–2010 Arxivləşdirilib 16 avqust 2014 at the Wayback Machine