Lahemaa Milli Parkı | |
---|---|
est. Lahemaa rahvuspark | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 725 km2 ha |
Yaradılma tarixi | 1 iyul 1971 |
Dağ | Tallin-Narva yüksəkliyi |
Faunası | adi vaşaq, ayı, canavar |
Yerləşməsi | |
59°34′16″ şm. e. 25°48′01″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Yerləşməsi | Şimalı Estoniya |
Yaxın şəhər | Tallin |
keskkonnaamet.ee | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lahemaa Milli Parkı (est. Lahemaa rahvuspark) — Estoniyanın şimalında, Tallin şəhərinin 70 km şərqində yerləşən milli park. Milli park şimaldan Fin körfəzi, cənubdan Tallin-Narva yüksəkliyi ilə əhatə olunmuşdur. Sahəsi 725 km2-dir. (250.9 km2 dəniz sahəsi daxil olmaqla)[1] Milli park SSRİ dövründə yaradılmışdır. Estoniyanın ən böyük, Avropanın isə ən böyük milli parklarından biridir. Milli park Şımalı Estoniyanının peyzajını, ekosistemlərini, bioloji müxtəlifliyini və milli irsi qorumaq və öyrənmək üçün qurulmuşdur.
Lahemaa sözünün mənşəyi ən çox tədqiq olunan və ziyarət olunan Şimalı Estoniya sahilinin adı ilə bağlıdır. Burada 4 böyük yarımada (Yuminda, Parispea, Kasmu və Vergi) və hərəsinin öz körfəzi (Kolqa, Hara, Eru və Kasmu) yerləşir. Lahemaa estonca "Körfəzlər diyarı" deməkdir.[1]
Milli park 1971-ci ildə qurulmuşdur. Bir neçə şirkət oraya günlük tur paketləri təklif edirlər, amma insanlar çoxu ora özləri getməyə üstünlük verirlər. Milli parkın 70 %-dən çoxu meşə ilə örtülüdür və flora və fauna ilə zəngindir. Ərazidə bir çox bataqlıq və 7.000 illik Laukasoo qoruğu yerləşir. Milli park yollarla yaxşı təchiz olunmuşdur, vəhşi həyatla zəngindir. Əsas yırtıcılar adi vaşaq, ayı və canavardır.
Lahemaa Milli Parkında 4 malikanə yerləşir: Palmse, Vihula, Kolqa və barokko tərzindəki Saqadi malikanəsi.[2]