Laksa | |
---|---|
![]() | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | toyuq əti[d][1], Ocimum tenuiflorum[1], Alpiniya qalanqa[1], Sarımsaq[d][1], Kaempferia galanga[1], şəkər[1] |
Laksa — Cənub-Şərqi Asiyada məşhur olan ədviyyatlı əriştə yeməyi.[2][3] Laksa, adətən qalın düyü əriştələri ilə hazırlanır və üzərinə toyuq, karides və ya balıq kimi əlavələr qoyulur. Laksanın əksər növləri zəngin və ədviyyatlı kokos köri şorbası ilə və ya asam (tamarind və ya gelugur) ilə dadlandırılmış bulyonla hazırlanır.
Peranakan Çin mətbəxindən[4] qaynaqlanan laksa reseptləri adətən Sinqapur, İndoneziya və Malayziyada təqdim olunur.[5][6][7][8]
Laksa, Peranakan Çin mətbəxindəndir və tərkibi ilə hazırlanma üsulları bölgələrə görə əhəmiyyətli dərəcədə fərqlənir. Laksa, müxtəlif bölgələrdə fərqli növlərdə hazırlandığından, yeməyin dəqiq mənşəyini müəyyənləşdirmək çətindir. Bununla belə, laksanın müxtəlif reseptləri Cənub-Şərqi Asiyada, xüsusən də Sinqapur, Pinanq, Medan, Malakka, Palembanq və Bataviya (indiki Cakarta) kimi liman şəhərlərindəki tarixi ədviyyat ticarəti yolları boyunca inkişaf etmişdir. Bu liman şəhərləri arasındakı intensiv ticarət əlaqələri reseptlərin də paylaşılmasına imkan yaratmışdır.[9]
<ref>
teqi; Banerji
adlı istinad üçün mətn göstərilməyib