Lampsak | |
---|---|
40°20′38″ şm. e. 26°41′01″ ş. u.HGYO | |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lampsak (qədim yun. Λάμψακος) — İndiki Türkiyə ərazisində mövcud olmuş Qədim Yunan şəhəri . Hazırda 10700 nəfər əhalisi olan şəhərin müasiri Türkiyənin Çanaqqala bölgəsinə aid olan Lapsekidir.
Pityussa kimi bilinən bu yer bir müddət Finikiya və Miletin müstəmləkəsi olub. E.ə 6-cı əsrdə Lampsak Böyük Miltiad və Gelibolu yarımadasına yaxın yaşayan afinalılar tərəfindən hücuma məruza qaldı. E.ə 5–6-cı əsrlərdə Lidiya,Fars imperiyası,Afina,Sparta bu əraziləri özünə tabe etdi. I Artaksers buranı Femistokla tapşırdı.Mikale savaşından sonra Lampsak Afina dəniz ittifaqına qatılanda onun sərvətinə on iki talent pul verildi. E.ə 411-ci ildə afinalıların üsyanı yatırıldı. E.ə 196-cı ildə Qədim Roma şəhəri Selevki hökmdarı III Antioksun hücumundan qorudu.Strabon və Siseron kimi şəxslər Roma hakimiyyəti altında onun daha da çiçəklənməsinə yardım etdilər. Orada doğulduğu deyilən Priap da buranı nəzarətdə saxlayırdı.
Filosof Anaksaqor e.ə 434–433-cü illərdə Afinada məhkəmə prosesindən sonra Lampsaka getmək məcburiyyətində qaldı. Lampsak vətəndaşları onun şərəfinə mehrablar ucaltmış, uzun illər ərzində onun ildönümünü qeyd etmişlər.
Tarixdə Lampsakın yetişdirdiyi bir sıra filosof və tarixçilər olmuşdur. Lampsak hökmdarı öz vilayətinin səlnaməsini və Fars imperiyasının, Efiopiyanın tarixlərini tərtib etmişdir.