Lampunqlar, lamponqlar, oranqabunqlar və ya abunqlar — İndoneziyada, Cənubi Sumatranın Lampunq əyalətində yaşayan xalq. 1995-ci ilin məlumatına görə, sayları 300 min nəfərdir. Hal-hazırda yaşadıqları əraziyə Cənubi Sumatranın qərb hissəsində XV əsrdə gəlmişlər. [1]
Lampunq dilində danışırlar. İndoneziya dili də yayılmışdır.
Maddi mədəniyyətlərinə görə malayyalılara yaxındırlar.
Əsas məşğuliyyətləri əkinçilikdir. Bir sıra rayonlarda balıqçılıq inkişaf etmişdir. Heyvan və quş saxlayırlar.[1]