Tarixi dövlət | |
Laos dövləti |
---|
Laos dövləti — Hind-Çin yarımadasında tarixi dövlət. Yaponiya imperiyası tərəfindən işğal edilmiş Fransanın Laos protektoratının ərazisində yaradılmışdır. 1945-ci ilin aprelindən oktyabr ayına qədər mövcud olmuşdur.
Luanqphabanq kralı Sisavang Vonq 1945-ci ilin aprelində yaponlar tərəfindən Laosun müstəqilliyini elan etməyə məcbur edilmişdir, lakin 15 avqustda Yaponiya təslim olmuş və Sisavanq Vonq ölkəni bir daha Fransa protektoratı statusuna qaytarmaq arzusunda olduğunu bildirmişdir.[1]
1945-ci ilin oktyabrında ölkənin müstəqilliyini elan edən və Laosda respublika idarəetmə formasını quran Lao İssarahərəkatı Sisavanq Vonqu hakimiyyətdən uzaqlaşdırmışdır.[1]