Lapiflər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Lapiflər ( q.yun. Λᾰπίθαι) — yarı mifik, yarı tarixi tayfa. Onin çoxsaylı nümayəndələrinə müxtəlif miflərdə, eləcə də "İliada"da rast gəlinir.[1]
Lapiflər Fessaliyanın şimal hissəsində, eləcə də kentavrların qovulduğu Pilionda, Osa, Pind , Peneyvadisində, Olimp yaxınlığında və s. yaşayırdılar. Fessaliya xaricində şəhərlər və bölgələr lapiflərin adı ilə əlaqələndirilir. Bu tayfanın yer adları ilə assosiasiyası, eləcə də geniş yayılması göstərir ki, lapiflər sadəcə olaraq məşhur fantaziyaların yaratdığı nəhənglər deyil, qismən də erkən ellin mədəniyyətinin böyüməsində mühüm rol oynamış tarixi tayfadır.