Larak adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 81 m |
Yerləşməsi | |
26°51′ şm. e. 56°21′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Larak adası[1] (fars. لارک) — Fars körfəzində İrana məxsus adalardan biri. Hörmüz boğazında yerləşir. Qəşm, Hörmüz, Henqam adalrı yaxınlığında, Bəndər Abbas limanı çevrəsindədir. Adanın qırmızı mərcan və qumlu sahilləri vardır[2] Larak adası Bəndər-Abbasdan 45 km, Qəşmdən 18 km[3] aralıda yerləşir.
Villiam Vincent antik Orqan ilə, Larmanın qeyri-bərabər və xarabalı ada ilə müəyyənləşdirir, lakin ən çox alimlər Hörmüz ilə orqanı müəyyən edirlər. Vilhelm Tomasek Herakliot Markianus tərəfindən qeyd olunan Aguedan ilə Larak adasının eyni olmmasını iddia edir. Burada qurğuşun filizi çıxarıldığı deyilir. 19-cu əsrdə adada dəmir filizi ehtiyatları olduğu müəyyən edilmişdir.
Portuqal admiralı Alfomnso de Albureke Hörmüzə hücumu zamanı tabeliyinmdə olan dörd gəmidən birini Larak adasının işğalı üçün göndərir. Səbəb isə Qəşm adasında olan quyuların çirkləndirrilməsi olur. Bu səbəbdən onlar şirin su ehtiyatını öfdəməkdən ötrü bu adanı tutmalı idilər. Adda ilk dəfə portuqal xəritələrində 1510-cu ildə peyda olmuşdur. Daha sonra Batalame Veryu (1560) və Lazaro Luisin (1563) xəritələrində təsvir edilir. Elədə böyük olmayan dördbucaqlı portuqal qalası Larak adasının şimalında 1550-ci illərdə inşa edilmişdir. .Böyük ehtimalla bu tikilini hərbi mühəndis İnofre de Karvalyo layihələndirmişdir. Ərəb qəbiləsi olan najhillər o zaman kimsəsiz olan adadda məskunlaşmaq üçün Hörmüzün portuqal kapitanına müraciət edirlər. Bu müraciət müsbət qarşılanır. Ancaq onların Hörmüz boğazını Makran xanlığına aid dəniz quldurlarından qoruması şərti irəli sürülür.Onların adaya dəqiq köçmə tarixi bilinmir.
1622-ci ilin dekabrında ingilis gəmisində Hörmüzü ziyarət edən Petro della Valle Larak adasında olarkən Mkran quldurları tərəfindən dağıdılmış evlərin qalıqlarına rastlayır. 1624-cü ildə I Şah Abbas hollandların köməyi ilə Hörmüz və Larak adalrı da daxil olmaqla Fars körfəzində myerləşən adaları poprtuqallardan geri ala bilmişdir. Bəndər-Abbas hakimi portuqal və inhilis hücumlarından çəkinərəkLarak adasında oilan qalanı 1665-ci ildə təmir edir. İkinci dəfə isə 1683-cü ildə gücləndirilir.
1717-ci ildə Larak omanlılar tərəfindən ələ keçirilir. 1720-ci ildə Omanda vətəndaş müharibəsi baş verir və Yarubidlər hakimiyyətdən uzaqlaşdırılır. Bundan sonra səfəvilər adanı gerui qaytara bilirlər. 1729-cu ildə adanı yenidən portuqallar tuturlar. Ancaq bir müddət sonra ada itirilir. 1765-ci ildə Larak adasına Banu-Moin qəbiləsi Qəşm adasından gəlir. Sonrakı illərdə ada əhalisi ilə Oman, Qəşm adası və Musadam yarımadasının əhalisi ilə əlaqələr qururlar. Leytenat Bayltok yazırdı ki, ada az ziyarət olunur. Burad cəmi 100 balıqçıdan ibarət olan kənd var. Adada nə zamanlarsa güçlü istinadgah olan qalanın divarları həıədə durur. Adad elə də böyük olmayan heyvan sürüləri vardır. 11 yanvar 1897-ci ildə Larak güçlü zəlzələdən əziyyət çəkmişdir. Nəticədə əhali arasında irtki olmuşçdur. 1908-ci ildə adada 200 nəfər yaşayırdı. Sonradan adada neftayırma zavodu inşa edilir. Bu zamod 1987-ci ildə İraq ordusu tərəfindən dağıdılmışdır[3].
Harırda ada demək olar ki tamamən boşdur. Burada ümumi sayı bir neçə yüz nəfər olan sakin yaşayır.Əhalisini Lurlar təşkil edir.
XVII əsrdə avropalı səyyahlar adad çoxlu sayda kreçinin olmasını bildirirdilər. XIX əsrdə isə burada çoxlu sayda ceyran müəyyən edilmişdir[3]