Latviya Prezidenti | |
---|---|
latış. Latvijas Valsts Prezidents | |
| |
Vəzifədədir Edqar Rinkeviç 8 iyul 2023-cü ildən | |
Başçılıq edir | Latviya |
Müraciət forması | Cənab Prezident |
Rəsmi iqamətgahı | "Riqa" qəsri, Riqa |
Səlahiyyət müddəti | 4 il |
Maaşı | 54 732 € |
Vəzifənin təsis tarixi | 7 noyabr 1922 |
Vəzifənin bərpa tarixi | 8 iyul 1993 |
Vəzifədə birinci | Yanis Çaqste |
Rəsmi saytı | Latviya Prezidentinin rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.
2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir.
1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi.[1] Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi.[1] Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.[1] Onun andiçmə mərasimi dörd gün sonra, noyabrın 18-də baş tutdu.[1] Üç il sonra Yanis Çaqstenin səlahiyyət müddətinin başa çatması ilə bağlı Latviya Seymində növbəti Prezident seçkiləri baş tutdu.[1] Bu səfər Yanis Çaqstedən savayı, Latviyanın sabiq Baş naziri Karlis Ulmanisdə həmin vəzifəyə namizəd idi.[1] Noyabrın 6-da baş tutan seçkilərdə Çaqste 60 səs, Ulmanis isə 31 səs topladı və Yanis Çaqste sonuncu dəfə üç müddətinə Prezident seçildi.[1] Amma o, səlahiyyət müddətini sonlandıra bilmədi.[1] 1927-ci il martın 14-də Yanis Çaqste 67 yaşında vəfat etdi.[1] Onun vəfat etməsi ilə bağlı Prezidentin bütün səlahiyyətləti həmin gündəcə Latviya Seyminin sədri olan Pauls Kalnınş verildi.[1]
1927-ci il aprelin 8-də Latviya Seymində Növbədən Kənar Prezident seçkiləri baş tutdu.[2] Riqa şəhərinin sabiq meri olan Qustav Zemqals seçkilərin yeganə namizədi idi.[2] Onun lehinə 73, əlehinə isə 23 deputat üzv səs verdi və o, üç il müddətinə Latviya Prezidenti seçildi. Onun andiçmə mərasimi həmin gündəcə baş tutdu.[2]
Üç il sonra, 1930-cu il aprelin 8-də Qustav Zemqalsın səlahiyyət müddəti başa çatdı və həmin gündəcə növbəti Prezident seçkiləri baş tutdu. Amma həmin gündə heç bir namizəd lazımi səsi toplaya bilmədi və bir gün sonra, aprelin 9-da Latviya Seymində növbəti tur baş tutdu. Həmin turda Albert Kviesisin lehinə 55, əlehinə isə 34 deputat səs verdi və o, üç il müddətinə Latviya Prezidenti seçildi. Onun andiçmə mərasimi aprelin 11-də baş tutdu. aprelin 8-dən 11-nə qədər isə Prezidentin səlahiyyətlərini yenə Latviya Seyminin sədri olan Pauls Kalnınş icra etdi.
1933-cü il aprelin 11-də Qustav Zemqals səlahiyyət müddəti başa çatdı. Buna görədə aprelin 4-də Latviya Seymində Prezident seçkiləri baş tutdu. seçkilərdə üç namizəd mübarizə apardı: Latviya Prezidenti Qustav Zemqals, Latviya Seyminin sədri Pauls Kalnınş və Latviya Seyminin üzvü Miqelis Bite. Elə seçkilərin birinci turundaca Qustav Zemqals 52 səs topladı və sonuncu dəfə üç il müddətinə Latviya Prezidenti seçildi. Kalnınş 25 səs, Bite isə 9 səs topladı. Qustav Zemqalsın Prezidentliyi dövrünün ən mühüm hadisələrindən biri, 1934-cü ildə dövlət çevrilişinin baş tutması idi.
Latviyanın Baş naziri olan Karlis Ulmanis rəhbərliyi altında 1934-cü il mayın 15-də dövlət çevrilişi reallaşdı. Dövlət çevrilişinin nəticəsində Latviya Konstitusiyasının fəaliyyəti dayandırıldı, Latviya Seymi buraxıldı, bütün siyasi partiyalar və bir sıra qəzetlərin çapı dayandırıldı.
1936-cı il aprelin 11-də Albert Kviesisin səlahiyyət müddəti başa çatdı. Latviya Seymi buraxıldığı üçün isə Prezident seçkiləri baş tutmadı, Karlis Ulmanis isə özünü Latviya Prezidenti elan etdi və Latviyanın vahid rəhbəri oldu.
1940-cı il iyunun 17-də Latviya dövlət müstəqilliyini itirdi və Sovet İttifaqına birləşdi. Dörd gün sonra, iyunun 21-də isə Karlis Ulmanis istefa verdi. Bir müddət sonra həbs olunan Karlis Ulmanis, bir müddət Bayıl həbsxanasında saxlanıldıqdan sonra 1942-ci il sentyabrın 20-də isə həbsxana vəfat etdi.
1990-cı il mayın 4-də Latviya SSR Ali Soveti "Latviyanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. Həmin bəyannaməyə əsasən Latviya Konstitusiyası bərpa olundu və Latviya Seyminə seçkilər baş tutana qədər bütün səlahiyyətlər Latviya Ali Sovetinin sədri Anatoli Qorbunova verildi. 1993-cü il iyunun 5-də 6-da 100 yerdən ibarət olan Latviya Seyminə seçkilər baş tutdu. iyulun 6-da isə Anatoli Qorbunov Latviya Prezidenti vəzifəsini təsis etdi və həmin vəzifəyə olan seçkiə qədər Latviya Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. seçkilər isə bir gün sonra baş tutdu. İyulun 7-də Latviya Seymində Prezident seçkiləri baş tutdu və seçkilərdə yeganə namizəd olan "Kəndçi" İttifaqının namizədi Quntis Ulmanisin lehinə 53, əlehinə isə 26 deputat səs verdi.[3] Quntis Ulmanis buna qədər Latviya Seyminin deputatı idi.[3] Səsvermənin nəticələrinə əsasən Quntis Ulmanis üç il müddətinə Latviya Prezidenti seçildi.[3] Onun andiçmə mərasimi iyulun 8-də baş tutdu.[3] 1996-cı il iyunun 15-də növbəti dəfə Prezident seçkiləri baş tutdu.[3] Dörd namizədin qatldığı seçkidə Quntis Ulmanis 53 səs topladı və sonuncu dəfə üç il müddətinə Latviya Prezidenti seçildi.[3] Onun andiçmə mərasimi yenə iyulun 8-də baş tutdu.[3] Ümumiyyətlə isə bütün Latviya Prezidentlərinin andiçmə mərasimi iyulun 8-də Latviya Seymində baş tutur.
1999-cu il iyulun 8-də Quntis Ulmanisin səlahiyyət müddətinin başa çatması ilə bağlı Latviya Seymində Prezident seçkiləri baş tutdu. İyunun 17-də baş tutan seçkidə müstəqil namizəd olan Vayra Viqe-Freyberqa 53 səs topladı və dörd il müddətinə Latviya Prezidenti seçildi.[4] O, həm dörd il müddətinə Latviya Prezidenti seçilən birinci şəxs oldu, həm də Latviyada, ümumiyyətlə isə bütün Şərqi Avropada seçilən birinci qadın dövlət başçısı oldu.[4] 2004-cü il iyunun 20-da baş tutan növbəti Prezident seçkilərində o, Prezidentliyə yeganə namizəd oldu.[4] 88 nəfərin lehinə, 6 nəfərin isə əlehinə səsverdiyi seçkidə, Vayra Viqe-Freyberqa yenidən dörd il müddətinə Latviya Prezidenti seçildi.[4] Vayra Viqe-Freyberqanın iqtidarı dönəmində Latviya, 2004-cü il martın 30-da NATO-nun, mayın 1-də isə Avropa İttifaqının üzvü oldu.[4] Bu xidmətlərinə görə o, Latviyanın ən güclü Prezidenti hesab olunur.
2007-ci il mayın 31-də Latviyanın 3-cü Prezidenti seçildi.[5] Müstəqil namizəd olan travmatoloq-ortoped Valdis Zatlers, Latviya Seymində baş tutan seçkidə 58 səs topladı və dörd il müddətinə Latviya Prezidenti seçildi.[5] Dörd il sonra, 2011-ci il iyunun 2-də baş tutan seçkilərdə yenidən namizəd olan Valdis Zatlers, bu səfər seçkilərdə məğlub oldu.[5] 41 səs toplayan Valdis Zatlers, səlahiyyətlərini 53 səs toplayan "Kəndçilər və Yaşıllar" İttifaqının namizədi Andris Berzinş ötürdü.[6] 66 yaşlı Andris Berzinş, Latviya Prezidenti seçilən ən yaşlı şəxs oldu.[6]
2015-ci il iyulun 8-də Andris Berzinşin səlahiyyət müddətinin başa çatması ilə bağlı Latviya Seymində Prezident seçkiləri baş tutdu.[7] iyunun 3-də baş tutan seçkidə "Yaşıllar" Partiyasının namizədi olan Raymonds Veyonis 55 səs topladı və dörd il müddətinə Latviya Prezidenti seçildi.[7] Raymonds Veyonis buna qədər Latviyanın müdafiə naziri idi. O, həm də Latviya Prezidenti seçilən ən gənc şəxs oldu (48 yaş).[7]
Latviya Prezidenti vəzifəsinə təyinat seçki yolu ilə reallaşır. Latviya Prezidenti seçkiləri Latviya Seymində üzvlər arasında gizli səsvermə yolu ilə baş tutur. Latviya Seyminin 100 üzvündən 51 üzvünün lehinə səs verdiyi namizəd, Latviya Prezidenti seçilir.
Latviya Prezidenti vəzifəsinə seçilən şəxsin səlahiyyət müddəti 4 ildir |
Bir nəfər ardıcıl olaraq 8 ildən çox müddətə Latviya Prezidenti seçilə bilməz |
Latviya Prezidenti seçilən şəxsin andiçmə mərasi iyulun 8-də Latviya Seymində baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Latviyanın ali dövlət təltifləri olan "Üç Ulduz" ordeninin və "Viestura" ordeninin I dərəcəsi, həmçinin "Etiraf" xaçının I dərəcəsi təqdim edilir.
Andiçmə mərasimi zamanı Latviya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir:
Andçirəm, mənim bütün fəaliyyətim Latviya millətinin naminə həsr olunacaq. Latviya dövləti və onun əhalisinin xoşbəxtliyinə nail olmaq üçün, mən əlimdə olan hər şeyi edəcəm. Mən, Latviya Konstitusiyasına və dövlətin qanunlarına əməl edəcəm və onları müqəddəs tutacam. Hamıya qarşı münasibətdə ədalətli olacam və işlərimi insafla yerinə yetirəcəm. |
Andı qəbul edən şəxs, daha sonra "Latviya Prezidentinin təntənəli vədləri" adlanan sənədə imza atır.
Latviya Prezidentinin rəsmi rəmzi Latviya Prezidentinin bayrağıdır (ştandartı). Latviya Prezidentinin bayrağının təsviri belədir:
Latviya Prezidentinin rəsmi iqamətgahı "Riqa" qəsridir. Riqa şəhərinin Dauqava çayının sahilində yerləşən "Riqa" qəsri, 1340-cı ildə inşa edilib. 1484-cü ildə qəsr dağıdılsa da, 1515-ci ildə yenidən inşa edilib. Bundan sonra qəsr 1578-ci ildən 1621-ci ilə qədər Polşa, 1621-ci ildən 1710-cu ilə qədər isə İsveç təmsilçilərinə məxsus olub. Qəsrin onlara məxsus olduğu dönəm ərzində qəsrə müxtəlif zövqlərdə əlavələr edilib. XVII əsrdə qəsr həbsxana olaraq fəaliyyət göstərib. 1970-ci ildə Riqanın mühasirəsindən sonra qəsr, Liflyand qubernatorunun rəsmi iqamətgahı olub. Qəsrin bir hissəsi isə həbsxana olaraq fəaliyyət göstərməyə davam edib. Anna Leopoldovna və onun ailəsidə "Riqa" qəsrində məhbus olublar. Rusiya imperiyasının mövzud olduğu illərdə "Riqa" qəsri, əvvəl sahib olduğu əzəmətini itirdi. 1782-ci ildə qəsrin əsas hissəsi və qəsrin yardımçı hissələri birləşdirildi. 1870-ci ildə qəsrin məbədi qapadıldı, daha sonra isə dağıldı. Həmin illərdə qəsrin yardımçı hissəsinə dördüncü mərtəbə əlavə edildi və qəsrin ətrafında meydan salındı.
1918-ci ildə müstəqilliyini elan edən Latviyada, "Riqa" qəsri Prezidentin rəsmi iqamətgahı oldu. "Riqa" qəsrinin əvvəl sahib olduğu əzəmətinin qaytarılması üçün latviyalı memar Eyjen Laubeyə qəsri yenidənqurması tapşırıldı. Eyjen Laube yenidənqurma zamanı qəsrə bir-sıra əlavələr etdi və 1938-ci ildə qəsrin qülləsinə üç ulduz əlavə etdi. 1940-cı ilə qədər "Riqa" qəsri Latviya Prezidentinin rəsmi iqamətgahı oldu. 1940-cı ildə mütəqilliyini itirən Latviya, Sovet İttifaqına birləşdi. Həmin ildən müstəqilliyin bərpası qədər qəsr, Latviya SSR Nazirlər Sovetinin binası oldu. 1941-ci ilin fevral ayında isə qəsrdə pionerlər sarayının açılışı oldu. Sovet İttifaqının mövcud olduğu illərdə "Riqa" qəsri həm də muzey olaraq fəaliyyət göstərdi.
Latviyanın yenidən müstəqilliyini elan etməsindən sonra isə "Riqa" qəsri yenidən Latviya Prezidentinin rəsmi iqamətgahı oldu.
(doğum– vəfat illəri) |
||||||
(1858– 1927) |
1922-ci il seçkilərində 92 səs topladı[1] | |||||
(vəfat etdi) |
1925-ci il seçkilərində 60 səs topladı[1] | |||||
(1872– 1945) |
Latviya Seyminin sədri[a] | |||||
(1871– 1939) |
1927-ci il seçkilərində 73 səs topladı[2] | |||||
(1872– 1925) |
Latviya Seyminin sədri[b] | |||||
(1881– 1944) |
1930-cu il seçkilərində 55 səs topladı[8] | |||||
1933-cü il seçkilərində 53 səs topladı[8] | ||||||
(1877– 1942) |
–[9][c] | |||||
(1942–) |
Latviya Seyminin sədri[d] | |||||
(1939–) |
1993-cü il seçkilərində 53 səs topladı[3] | |||||
1996-cı il seçkilərində 53 səs topladı[3] | ||||||
(1937–) |
1999-cu il seçkilərində 53 səs topladı[4] | |||||
2003-cü il seçkilərində 88 səs topladı[4] | ||||||
(1955–) |
2007-ci il seçkilərində 58 səs topladı[5] | |||||
(1944–) |
2011-ci il seçkilərində 53 səs topladı[6] | |||||
(1966–) |
2015-ci il seçkilərində 55 səs topladı[7] | |||||
(1955—) |
2019-cü il seçkilərində 61 səs topladı | |||||
(1973—) |
2023-cü il seçkilərində 52 səs topladı | |||||
|
Latviya portalı |