Latviya latı

500 Latviya latı

Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi.

1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir.

2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.[1]

  1. "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.