Lay Tsin-de | |
---|---|
çin. 賴清德 | |
| |
Qanunverici Yuan üzvü[d] | |
1 fevral 1999 – 31 yanvar 2002 | |
Tainan meri[d] | |
25 dekabr 2010 – 7 sentyabr 2017 | |
Çin Respublikasının Baş naziri[d] | |
8 sentyabr 2017 – 14 yanvar 2019 | |
Çin Respublikası Milli Assambleyasının üzvü[d] | |
20 may 1996 – 31 yanvar 1999 | |
Çin Respublikasının vitse-prezidenti[d] | |
20 may 2020 – 19 may 2024 | |
Qanunverici Yuan üzvü[d] | |
1 fevral 2002 – 31 yanvar 2005 | |
Qanunverici Yuan üzvü[d] | |
1 fevral 2005 – 31 yanvar 2008 | |
Qanunverici Yuan üzvü[d] | |
1 fevral 2008 – 25 dekabr 2010 | |
Demokratik Tərəqqi Partiyasının sədri[d] | |
Vəzifədədir | |
18 yanvar 2023-cü ildən | |
Çin Respublikasının Prezidenti[d] | |
Vəzifədədir | |
20 may 2024-cü ildən | |
Əvvəlki | Tsay İnven |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1959 (65 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, həkim |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Lay Çinq-Te çin. 賴清德; ing. Lai Ching-te) — Tayvanlı siyasətçi və keçmiş həkim və hazırkı vitse-prezident. O, 2024-cü il prezident seçkilərində qalib gələrək Tayvanın prezidenti seçilib. Onun andiçmə mərasimi 2024-cü il mayın 20-də baş tutacaq. O, Tayvanın prezident olan üçüncü vitse-prezidenti və sələfinin ölümündən sonra deyil, seçki yolu ilə vəzifəyə gələn ilk şəxs olacaq.
Taypey qraflığında kömür mədənçisi ailəsində anadan olan Lay Taypeydəki universitetlərdə reabilitasiya və ictimai sağlamlıq üzrə təhsil alıb, daha sonra 2003-cü ildə Harvard Universitetində magistr dərəcəsi alıb. Milli Həkimə Dəstək Assosiasiyasının prezidenti vəzifəsində çalışdıqdan sonra Lay 1996-cı ildə Qanunverici Yuan seçkilərində namizədliyini irəli sürüb və qazanaraq Tainan şəhərini təmsil edib. Ardıcıl 4 dəfə Qanunverici Yuana yenidən seçildikdən sonra Lay 2010-cu ildə Tainan merliyinə namizəd olub. O, qalib gəlib və 2014-cü ildə yenidən seçilərək 7 il mer vəzifəsini icra edib.
O, 2020-ci ildən vitse-prezident vəzifəsini icra edir. 2023-cü ilin aprelində Lay, Demokratik Tərəqqi Partiyası tərəfindən 2024-cü il prezident seçkiləri üçün prezidentliyə namizəd olaraq irəli sürüldü və 40,05% səslə seçildi.
Özünü "Tayvanın müstəqilliyi üçün çalışan praqmatik işçi" kimi xarakterizə edən Lay, Tayvanın artıq müstəqil olduğunu iddia edir və siyasi statusu ilə bağlı mövcud status-kvonun saxlanmasının, həmçinin ABŞ və digər liberal demokratik dövlətlərlə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.