Leksinqton prospekti (Manhetten)

Leksinqton prospekti
ing. Lexington Avenue
Kraysler binasının yuxarı mərtəbələrindən şimal görüntüsü
Kraysler binasının yuxarı mərtəbələrindən şimal görüntüsü
Ümumi məlumatlar
Ölkə
Şəhər Nyu-York
Bölgə Manhetten
Uzunluğu 5,8[1][2]
Şərəfinə adlandırılıb Leksinqton və Konkord döyüşləri
Poçt indeksi 10003, 10016, 10017, 10021, 10022, 10028, 10029, 10035, 10065, 10075

Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, MidtaunMarri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir.

İctimai nəqliyyat

[redaktə | mənbəni redaktə et]

Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir.[3] 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər.[4]

İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.

  1. Google. Lexington Avenue (Xəritə) // Google Maps. Google. September 10, 2015. İstifadə tarixi: September 10, 2015.
  2. Google. Irving Place (Xəritə) // Google Maps. Google. September 10, 2015. İstifadə tarixi: September 10, 2015.
  3. "New York City Subway" (ingilis). MTA. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  4. "Manhattan Bus Map" (PDF) (ingilis). mta.info. 2013-06-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-12.