Lener Dominqes | |
---|---|
isp. Leinier Domínguez Pérez | |
Ölkə | Kuba |
Doğum adı | Leinier Domínguez Pérez |
Doğum tarixi | |
Doğum yeri | Havana, Kuba |
Titulu |
|
Son reytinqi | 2739 (yanvar 2017) |
Maksimal reytinqi | 2768 (may 2014) |
FİDE nömrəsi | 3503240 |
chessleinier.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lener Dominqes Peres (isp. Leinier Domínguez Pérez) (1983-cü ilin 23 sentyabrda Havanada anadan olub) Kubalı qrosmeyster.
O, 2002, 2003, 2006, 2012-ci illərdə Kuba Şahmat Çempionatının qalibi olub. 2004-cü ildə Fide Dünya Şahmat Çempionatında 1/4 finalda Teymur Rəcəbova taybreykdə uduzub. Onun ən yaxşı nəticəsi 2006-cı ildə Barselonada olub. O, turnirdə 9 oyundan 8 xal yığıb. Həmin turnirdə 2932 reytinqli Vasili İvançuk iştirak edirdi.
2008-ci ildə CPA şahmat turnirinin və 43-cü Kapablankanın xatirə turnirinin qalibidir. Eyni ildə Biel-də keçirilən turniri Evgeny Alekseyev ilə birinci yerdə bitirdi (amma taybreykdə ona uduzmuşdu). Həmin turnirdə dünya çempionu Maqnus Karlsen də iştirak edirdi. 2008-ci ilin 8 noyabrında Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya Blitz Çempionatında 15 oyundan 11.5 xal qazandı. Oyunda Vasili İvançuk, Pyotr Svidler, Aleksandr Qrişçuk və digər yüksək reytinqli qrosmeysterlər iştirak edirdi. 2013-cü ilin iyununda ilk dəfə Thessaloniki-də 12 elit oyunçunun iştirak etdiyi Fide Qran Prinin qalibi oldu. Oyunçular arasında Fabiano Kariana, Veselin Topalov və Aleksandr Qrişçuk vardı.