Leonid Kuravlyov | |
---|---|
Леонид Вячеславович Куравлёв | |
Doğum tarixi | 8 oktyabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 2022[1] (85 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı[2] |
Dəfn yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1959-cu ildən indiyədək |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0475610 |
Vikianbarda əlaqəli mediafayllar |
Leonid Vyaçeslavoviç Kuravlyov (8 oktyabr 1936, Moskva, SSRİ – 30 yanvar 2022[1]) — aktyor.
Leonid Kuravlyov 8 oktyabr 1936-cı ildə Moskvada təyyarə zavodunun çilingəri Vyaçeslav Yakovleviç Kuravlyovun (1909–1979) ailəsində anadan olmuşdur[3]. 1941-ci ildə kiçik Leonidi anası gözəllik salonu işçisi Valentina Dmitriyevna Kuravlyova (1916–1993) ilə birlikdə[4] yanlış ittihama görə şimala, Murmansk vilayətindəki Zaşeyek qəsəbəsinə sürgün etdilər. Beləliklə, Leonidlə anası İmandra gölünün sahilində bir neçə il yaşadılar[5]. Sonradan Leonid sürgündə keçirdiyi illər həyatının "xoşbəxt illəri" adlandırmışdı.
Orta məktəbdə L.Kuravlyov dəqiq elmləri öyrənməkdə çətinlik çəkirdi. Buna görə əmisi qızı ona Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmağı məsləhət gördü, çünki burada texniki elmlər tələb olunmurdu. L.Kuravlyov ilk cəhddən olmasa da, orta məktəbi bitirdikdən iki il sonra bura daxil ola bildi. Əvvəlcə o digər tələbələrdən fərqlənmirdi, hətta dərsləri yaxşı oxuya bilmədiyi üçün oradan qovulmaq təhlükəsi də yaranmışdı. Lakin tədrisin sonuna yaxın o digər tələbələrdən parlaq yaradıcılıq bacarığı ilə seçilməyə başladı. Çoxları Kuravlyovu yalnız komediya rolları ilə əlaqələndirir, lakin onun karyerasında böyük sırf dramatik, ciddi rollar da var idi.
Aktyor cəmi bir dəfə evlənib, onun həyat yoldaşı ixtisasca müəllimə olan Nina idi. Birgə nikahdan onların üç övladı olub. Onların evliliyi təxminən 50 il, 2012-ci ildə Ninanın vəfatına qədər davam edib. Yoldaşının ölümündən qısa müddət sonra Kuravlyovun özü də filmlərdə çəkilməyi və ictimaiyyətə görünməyi dayandıraraq tənha bir həyat sürməyə başladı. 2022-ci ilin yanvarın 30-da Leonid Kuravlyov Moskvada vəfat edib.[6]