Lesboslu Lesx | |
---|---|
Doğum tarixi | e. ə. VII əsr |
Vəfat tarixi | güm. e. ə. VII əsr |
Fəaliyyəti | şair |
Lesboslu Lesx (q.yun. Λέσχης; e. ə. VII əsr – güm. e. ə. VII əsr) — "Kiçik İliada" tsiklik poeması ilə tanınan qədim yunan şairi.
Lesboslu Lesxın həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Pavsaniyə görə, o, "Esxilin oğlu Pirrli Lesx",[1] "Prokl xrestomatiyası"nda "Mitilinli Lesx" kimi xatırlanır. Filoloq Faninin yazılarına görə, Lesx şeir yarışmasında Miletli Arktini məğlub etmişdi.[2]
Lesxə dörd kitabdan ibarət olan və Troya müharibəsinin son mərhələsi, yəni Axillesin silahları üzərində mübahisədən Troyanın tutulmasına qədərki hadisələrdən[3] haqqında danışan tamamilə itirilmiş "Kiçik İliada" poeması ilə tanınır. Üstəlik, ilkin olaraq, e.ə. V əsrin sonunda əsər müxtəlif güman edilən müəlliflərə aid edilirdi: Lesxdən əlavə Festorid, Kinefon və Diodorun adları çəkilirdi. "Kiçik İliada" uzun müddət heç bir müəllifsiz xatırlandı, lakin sonrakı dövrdə heç bir etibarlı əsaslandırma olmadan əminliklə Lesxə aid edilməyə başlamışdır.[4]