Letargiya

Letargiya və ya letargiya yuxusuinsan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan hal. Letargiya termini "Encaphilitis Lethargica" diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq deməkdir.

Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır. İnsanın dərisi solğunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsününəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir.

Səbəbləri və müalicəsi

[redaktə | mənbəni redaktə et]

Müəyyən fərziyyələr olmasına baxmayaraq, letargiyanın səbəbləri və müalicəsi təbabətə tam aydın deyil. Həmçinin oyanmanın nə zaman baş verəcəyini də proqnozlaşdırmaq qeyri-mümkündür.

Tibbdə dəm qazından, böyük qan itkisindən, isteriya tutmalarından, ürəkgetmə sonrası letargik yuxuya düşmə halları qeyd olunur. Yuxuya gedən insanlarda qocalma mexanizmi ləngiyir. 20 il yuxu ərzində belə, zahirən insan dəyişmir, amma oyanandan sonra 2-3 il ərzində öz bioloji yaşını bərpa edir. Oyananlardan bir çoxu bəyan ediblər ki, yuxuda ikən ətrafda baş verən hər şeyi hiss edib və duyublar, lakin barmaqlarını belə tərpətməyə gücləri olmayıb.

Tutmalar bir qayda olaraq güclü sinir sarsıntısından və ya ciddi üzülmə nəticəsində qəflətən başlayır. Bu hal sağlam adamlarda da rast gəlinə bilər. Letargik yuxuya daha çox əsəbi cavan qadınlar məruz qalırlar.

Ginnesin rekordlar kitabına düşmüş, rəsmi qeyd olunmuş ən uzun letargik yuxu hadisəsi 1954-cü ildə Nadejda Artyomovna Lebedina (1920-ci ildə anadan olub) ilə baş vermişdir. Nadejda həyat yoldaşı ilə etdiyi böyük davadan sonra aldığı güclü stress nəticəsində 20 illik yuxuya getmiş və ancaq 1974-cü ildə ayılmışdir. Həkimlər onun tam sağlam olduğunu bəyan etmişlər.

Letargiya ya ölüm?

[redaktə | mənbəni redaktə et]

Keçmişdə letargik yuxuda olanları ölmüş hesab edib dəfn edirdilər. Qədim dövrlərdə insanın nəfəs alıb-almadığını təyin etmək üçün onun dodaqlarına güzgü yaxınlaşdırılırdı. Aydındır ki, bu həmişə nəticə vermirdi. Hazırda belə hadisələr istisnadır. Letargik yuxuya ən kiçik şübhə belə olduqda insan xəstəxanaya aparılır və onunla bir sıra prosedurlar keçirilir. Xüsusi ilə, elektrokardioqramma və elektroensefaloqramma. Bu müayinələr beynin və ürəyin ən zəif fəallıq əlamətlərini belə qeyd etməyə imkan verir.

Letargiya ilə bağlı qədim hekayə

[redaktə | mənbəni redaktə et]

Bu xəstəlik barədə hələ keçmiş zamanlardan qaynaqlanan hekayələr çoxdur. İki əsr bundan əvvəl Fransada yaşamış varlı notariusun qızı Cülyetta Düvel kasıb heykəltaraşa aşiq olur, lakin valideynləri bu nigahın əleyhinə olurlar. Onlar qızın qaçacağından qorxub, onu otağında dustaq edirlər. Qız bütün günü ağlayır, yeməkdən imtina edir. Üçüncü gün qulluqçu yemək gətirərkən qızın döşəmədə həyat əlamətləri olmadan uzandığını görür. Həkim Cülyettanın öldüyünü bildirir və nəticədə qızı ailə qəbiristanlığında dəfn edirlər.

Ölümündən 3 gün sonra Cülyettanın öz əli ilə yazdığı məktubunu valideynləri gördükdə təəccübdən donurlar. Cülyetta yazırdı ki, dəfndən sonra onun sevgilisi dua etmək üçün ibadətgaha gəlmiş, sevdiyinin üzünü görmək üçün tabutun qapağını qaldırmış və bu zaman əlində tutduğu şamın 1 damcı mumu Cülyettanın yanağına düşmüşdür. Qız o saniyə gözlərini açmışdır. Əlbəttə ki , bundan sonra cavanlar evlənmiş və valideynlər artıq onlara mane olmamışlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]