Levi Strauss | |
---|---|
Doğum tarixi | 26 fevral 1829[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 sentyabr 1902[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | sahibkar, dizayner, ixtiraçı |
levistrauss.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Levi Strauss (ing. /ˈliːvaɪ ˈstraʊs/; anadan olarkən Löb Strauß (Löb Ştraus), alm. /løːp ˈʃtʁaʊs/; 26 fevral 1829[1][2][…], Buttenhaym[d], Bavariya Krallığı – 26 sentyabr 1902[1][2][…], San-Fransisko, Kaliforniya) — alman əsilli, milliyətcə yəhudi olan amerikalı iş adamı, sənayeçi, ixtiraçı, məşhur "Levi Strauss" və ya "Levi's" brendinin yaradıcısı. İşgüzar şəriki Ceykob Devis ilə birlikdə cins parça materialını icad etmişdir. İlk dəfə cins istehsal edən "Blue jeans" (mavi cins) fabrikinin qurucusudur.
Onun yaratdığı Levi Strauss & Co. şirkəti 1853-cü ildə San-Fransiskoda (Kaliforniya) fəaliyyətə başlamışdır.[3][4]
20 may 1873-cü ildə L. Strauss və Rusiya İmperiyasindan olan emiqrant Ceykob Devis mis pərçimli şalvar üçün patent alırlar. Elə birinci il Strauss 21000 cüt mis pərçimli şalvar və gödəkçə satır.
Levi Strauss 26 sentyabr 1902-ci ildə vəfat etmişdir. Evli olmadığı üçün "Levi Strauss & Co." şirkəti qohumlarına keçmişdir.