Leyci Matsumoto

Leyci Matsumoto
yap. 松本零士
Doğum tarixi 25 yanvar 1938(1938-01-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 fevral 2023(2023-02-13)[3][4] (85 yaşında)
Vəfat yeri
Cinsi kişi[d][5][6]
Komiks fəaliyyəti
Sahəsi kinorejissor, manqaka, ssenarist, animasiyaçı
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri "Doğan günəş" ordeni, rozetli qızıl şüalar "Bənövşəyi lent" medalı
Sayt leiji-matsumoto.ne.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyci Matsumoto (松本零士, Matsumoto Reyci?, 25 yanvar 1938[1][2][…], Kioto prefekturası13 fevral 2023[3][4], Tokio[3]) və ya doğum adı ilə Akira Matsumoto (松本晟?) – Yaponiya manqakası və animatoru. "Space Battleship Yamato", "Space Pirate Captain Harlock""Galaxy Express 999" kimi kosmik opera işlərinə görə tanınır.

Leyci Matsumoto 1938-ci ildə Yaponiyanın Fukuoka prefekturasının Kurume şəhərində samuray nəslindən olan ailədə doğulmuşdur. Yeddi uşaqlı ailənin ortancıl uşağı idi. Anası keçmiş müəllim idi, atası isə Yaponiya İmperatorluq Ordusu Akademiyasını bitirmiş mayor idi və İkinci Dünya müharibəsində pilot kimi döyüşmüşdü.[7]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Matsumoto tərəfindən dizayn edilmiş "Himiko" adlı su avtobusu.

İlk işi olan "Mitsubachi no Boken" manqasını hələ 15 yaşında ikən bir manqa jurnalında nəşr etdirmişdir. Liseyi bitirdikdən sonra peşəkar manqaka olmaq üçün Tokioya köçmüşdür. 1961-ci ildə Yaponiyanın ilk qadın manqakalarından biri hesab olunan Miyako Maki ilə evlənmişdir. O, Maki ilə bir neçə layihədə əməkdaşlıq etmiş və adını Leyci olaraq dəyişdirmişdir.[8]

Tokioda ucuz bir pansionatda yaşayarkən yaşadığı təcrübələr əsasında yaratdığı "Otoko Oidon" manqası (1971) onun ilk böyük uğuru olmuşdur. İmtahanlara hazırlaşan kasıb bir gəncdən bəhs edən manqa Kodansha Nəşriyyat Mükafatına layiq görülmüşdür.[8] 1974-cü ildə yayımlanmağa başlayan "Space Battleship Yamato" anime serialının yaradıcısı olmuş, daha sonra manqa adaptasiyasını hazırlamışdır. 1977-ci ildə "Galaxy Express 999" anime serialını yaratmışdır.[9]

Fransanın "Daft Punk" musiqi qrupu Matsumotonun işlərinin fanatı olmuşdur. Matsumoto onlar üçün "One More Time" (2000) kimi mahnıların musiqili videolarını hazırlamışdır.[8] Matsumoto Yaponiyanın "Bənövşəyi lent" medalı (2001) və "Doğan günəş" ordeni (2010), eləcə də, Fransanın "İncəsənət və ədəbiyyat" ordeni (2012) ilə təltif olunmuşdur.[9]

Matsumoto epik kosmik elmi fantastika saqaları yaratmasına görə tanınır. Əsərləri üçün antimüharibə mövzuları və emosional ssenarilər səciyyəvidir. O, əsərlərində müharibənin dəhşətini təsvir etməyə çalışmışdır. İkinci Dünya müharibəsi bitəndə Matsumotonun yeddi yaşı var idi.[8] Müharibədə döyüşmüş atasından ilhamlandığını qeyd edən Matsumoto "Space Battleship Yamato" animesinin personajı olan kapitan Okita Cuzonu atası əsasında yaratmışdır.[7] Atası ona "müharibənin gələcəyi məhv etdiyini" demişdi.[8]

Matsumoto 13 fevral 2023-cü ildə ürək çatışmazlığı səbəbilə ölmüşdür.[8]

  1. 1 2 Leiji Matsumoto // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
  2. 1 2 Leiji Matsumoto // BD Gest' (fr.).
  3. 1 2 3 4 https://www.nikkansports.com/entertainment/news/202302200000303.html.
  4. 1 2 Manga-Künstler Matsumoto gestorben.
  5. Record #19899985 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  6. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  7. 1 2 "Matsumoto Leiji: A Master Worldbuilder Who Redefined Sci-Fi for Postwar Japan". Nippon.com (ingiliscə). 9 may 2023. 9 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
  8. 1 2 3 4 5 6 "Leiji Matsumoto, legendary manga creator, dies aged 85". BBC (ingiliscə). 20 fevral 2023. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
  9. 1 2 "Leiji Matsumoto, famed creator of 'Galaxy Express 999,' dies at 85". Asahi (ingiliscə). 20 fevral 2023. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]