Lezeli şüvərəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Lezeli şüvərəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Lezeli şüvərəni (lat. Sisymbrium loeselii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Gövdəsi budaqlanan, sıx yarpaq və tükcüklərlə əhatə olunmuş ikillik ot bitkisidir. Yarpaqları qayıqvari-lələkvari daraq şəklindədir. Ləçəkləri sarımtıldır. Qını 2-3 sm uzunluğunda düz, azca əyilən haldadır. Toxumları ellipsvari açıq sarımtıl rəngdədir. Lezel şüvərəninə demək olar ki,
Azərbaycanın bütün ərazilərində rast gəlmək olar. Buna düzənlikdən tutmuş dağlıq zonalarına qədər sahələrdə təsadüf etmək olar. Ən çox zibilliklərdə təsadüf edilir.