Li Kuan Yu

Li Kuan Yu
李光耀
bayraq
Sinqapurun Baş Naziri
3 iyun 1959-cu il – 28 noyabr 1990-cı il
PrezidentYusof bin İshak
SonrakıQo Çok Tonq
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Partiya
  • Xalq Hərakatı Partiyası[d]
Təhsili
Fəaliyyəti filosof, avtobioqraf[d], vəkil, dövlət xadimi, siyasətçi
Uşaqları
Dini aqnostisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Li Kuan Yu, (ing. Lee Kuan Yew, və ya Lee Kwan-Yew 16 sentyabr 1923-cü il - 23 mart 2015-ci il) — Sinqapur siyasətçisi, Sinqapurun üçüncü Baş Naziri.

16 sentyabr 1923-cü ildə Sinqapurda çinli ailədə anadn olub. Əvvəlcə Sinqapur məktəblərində — Telok Kurau məktəbində, Rafflz İnstitutunda, Sinqapur Milli Universitetində təhsil alır, sonra təhsilini Kembric Universitetində davam etdirir (19451949).

1949-cu ildə vətənə qayıdır. 1950-ci ildən Sinqapurun Laycock and Ong şirkətində vəkil kimi çaışır, həmçinin həmkarlar ittifaqı hərəkatında fəaliyyət göstərir.

1954-ci ildə "Milli Hərəkat Partiyası"nın baş katibi seçilir. Partiya 1959-ci ildən hakimiyyətə gəlir və həmin ildən 1990-cı ilədək baş nazir postunu tutur. 1990—2004-cü illərdə Qo Çok Tonqun hökumətində böyük nazir vəzifəsini tutur. 2004-ci ilin avqustunda oğlu Li Syanlun baş nazir təyin olunur və o nazir-menton (hami) vəzifəsinə təyin edilir. 2011-ci ildə bu vəzifədən istefa verir.

Kişilər həmişə şalvarda, qadınlar isə havanın temperaturundan asılı olmayaraq corab geyinməlidirlər. Maşınların sürəti saatda 80 kilometri ötməməlidir. Bütün şəhər video kamera ilə təchiz olunub.

Vətəndaşların kimə gəldi səs verməməsi üçün bülletendə seçicinin pasport nömrəsi yazılır. Buna görə o Sinqapuru dünyanın ən demokratik dövləti sayır. Oğurluq, narkotik maddələrdən istifadə, zorlama və korrupsiyaya görə dar ağacından asılma cəsası hökm sürür. Qamçı ilə cəzalanma indiyə qədər tətbiq olunur.

Onun tərəfindən mətbuata ciddi senzura qoyulub. Qəzetlərə seksdən və siyasətdən yazmaq qəti qadağan olunub.

Baş nazir apardığı müşahidələrdən belə qəanaətə gəlir ki, ağıllı kişilərin əksəriyyəti gözəl, lakin çox ağıllı olmayan qadınlarla ailə qururlar. Nəticədə ağıllı qadınların əksəriyyəti subay qalırlar. O, 1982-ci ildə diplomlu qadınlarla ailə quran kişilərin yüksək məbləğdə mükafatlandırılması barədə qərar çıxarır. Həmin qərara görə dünyaya ikinci uşaq gətirən diplomsuz qadın cərimələnir.

Li Kuan Yu öz eksperimental ölkəsini "Asiya İsveçrəsinə" çevirə bilmişdi. Ancaq elə şeylər var ki, polis də onun qarşısında acizdir. Baş nazir bunu çıxışlarının birində açıqlayıb: "Çinliləri hər şeyə məcbur etmək olar, lakin onları muncuq oynamamağa məcbur etməyi heç kim bacarmaz".

İngilis dilində
Rus dilində

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Kristof N. PREMIER'S SON GETS POST IN SINGAPORE (ing.). The New York Times, 1986.
  2. 1 2 (not translated to en-gb) Lee Kuan Yew obituary (brit. ing.). The Guardian, 2015. ISSN 1756-3224; 1354-4322
  3. Ли Куан Ю // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Fernandez W. Singapore's founding father Mr Lee Kuan Yew dies aged 91 at 3.18am on Monday (ing.). The Straits Times, 2015.
  5. Lee Kuan Yew, Founding Father and First Premier of Singapore, Dies at 91 (ing.). The New York Times, 2015.