Liberal demokratiya

Dövlət idarəetmə formaları
redaktə

Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir.

Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir.

Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər:

  • Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir.
  • Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır.
  • Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir.

İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.