Lifan 320

Lifan 320
Qabariti
Uzunluğu
  • 3.745 mm
Eni 1.620 mm
Hündürlüyü 1.430 mm
Təkər bazası 2.340 mm
Kütləsi 900 kq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lifan 320 — "Lifan" şirkətinin məhsulu olan xırda sinifli avtomobil markası. Quruluşca Mini Hatch modeli ilə eynilik təşkil edən bu avtomobil 2008-ci ildə Pekində keçirilən avtosərgilərin birində ilk dəfə nümayişə çıxarılmışdır. İqtisadi bazara 320 adı ilə çıxarılan model sonradan Lifan 330 kimi şöhrət qazanmışdır.

2009-cu ilin May ayında Pekində keçirilən ÇinAzərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.

Hazırda bu maşın Çində, o cümlədən Peru, Rusiya kimi ölkələrin ekspomağaza mərkəzlərində genişmiqyaslı satışa çıxarılmışdır. Lifan 320 Çerkessk şəhərində 2011-ci ildən etibarən Derveys Avtomobil Şirkəti tərəfindən yığılmaqdadır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Lifan 320 modeli 1.3 litrlik 4 silindirli yanacaq mühərriki və təkmilləşdirilmiş 66 kilovats enerji təminatı ilə təchiz olunmuşdur. Maksimum sürəti saatda 190 km-dir. Sürət yığma tezliyi 14.5 saniyəyə 66 mildir.

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin dekabrında Latın NCAP şirkəti tərəfindən keçirilən test nəticəsində hava yastığının yoxluğu səbəbi ilə 5 ballıq bölgü şkalasında 0 balla nəticələndirilmişdir. Bu hadisə mətbu nəşriyyat orqanlarında öz əksini belə tapmışdır.

Sürücünün baş və çiyinlərinin mühafizəsinin sükan çarxı ilə əlaqəsi zəifdir. Sərnişinlərin dizləri nəzarət panelindəki təhlükəli qurğular tərəfindən ciddi zədə ala bilər. Xarici örtüyü qeyri-sabit olaraq qiymətləndirilmişdir.

LNCAP