Lincoln

Lincoln
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye avtomobil sənayesi
Təsis tarixi 1917
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçi
lincoln.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lincoln Continental

LincolnABŞ-də Ford Motor Company tərəfindən lüks sinifdəki istehlakçı tələbinə istiqamətli çıxarılmaqda olan bir markadır .

Lincoln Motor Company 1917-ci ilin avqustunda Henri Martin Liland tərəfindən təsis edilib. Bundan öncə o, Liland Cadillac şirkətinin yaradıcılarından biri idi, amma bu şirkət General Motors-un mülkiyyətinə keçdikdən sonra Liland Cadillacı tərk etməli oldu. 1920 - 1921-ci illərdə o, oğlu Uilfred ilə birlikdə avtomobil istehsal edən "Lincoln Motor Car Company of Delaware" şirkətini təsis etdi.Şirkət Avraam Linkolnun şərəfinə bu cür adlandırılmışdı.

Şirkət əvvəlcə təyyarələr üçün mühərriklər istehsal etdi. V formalı mühərriklərin yaradıcısı olan Henri Liland onu "lüks" sinfinə mənsub olan ilk modelə quraşdırdı. Həmin model "Lincoln V 8" adlandırıldı. Uğurlu konstruksiyaya malik bu modelin istehsalı kommersiya cəhətdən uğursuz oldu.

Maliyyə çətinlikləri ilə üzləşən şirkəti 1922-ci ildə Henri Ford aldı. Bundan sonra Lincoln prestijli modellər seqmentində Cadillacla uzun illər rəqabət apardı. Bu modellər yüksək vəzifəli hökumət məmurlarının, polislərin, eləcə də Amerikada spirtli içkilərə qarşı "quru qanun" qüvvədə olduğu müddətdə qanqsterlərin sevimli avtomobilləri idi.

Henri Martin Liland 1932-ci ildə 88 yaşında vəfat etdi. Ondan sonra Lincoln bölməsinə Henri Fordun yeganə oğlu Edsel Ford başçılıq etdi.

1932-ci ildə, iqtisadi çətinliklərin hökm sürdüyü, təmtəraqlı avtomobillərə tələbatın kəskin azaldığı Böyük Depressiya dövründə şirkət 12 silindrli V formalı mühərriklə təchiz olunmuş Lincoln CB modelini təqdim etdi. 1936-cı ildə "Zefir" (Zephyr) modeli işıq üzü gördü.

Bu model amerikan anlamında "yoxsullar üçün" avtomobil kimi düşünülmüşdü. Lincoln bölməsində yaradılmış dizayn mərkəzində bu modelin əsasında lüks avtomobillər sinfinə mənsub olan məşhur Lincoln Continental kabrioleti layihələşdirildi və istehsal olundu.

Bu "amerikan əfsanəsinin" istehsalı İkinci dünya müharibəsindən sonra da davam etdi. 1956-cı ildə Lincoln Continental modelinin bazasında hazırlanmış Lincoln Premier modeli işıq üzü gördü.

1970-ci illərdə Lincoln avtomobilləri Ford modelinin detalları və aqreqatları ilə komplektləşdirilməyə başladı. Həmin dövrdən Lincoln avtomobillərinin üslubunda dəyişikliklər baş verdi.

1984-cü ildən başlayaraq lüks sinfinə mənsub olan Lincoln Continental MK VII kupesi istehsal edildi. Aerodinamik kuzov, elektron qurğuların köməyi ilə tənzimlənən asqı və bloklanma əleyhinə sistem (ABS) Lincoln Continental kupesini daha yüksək səviyyəli avtomobilə çevirdi.

Continentalın sonuncu versiyası 1995-ci ildə istehsal olundu. 8 silindrli V formalı mühərriklə təchiz olunmuş bu model artıq özünün məşhur sələflərini daha az xatırladır.

Şirkətin alıcılara təklif etdiyi digər model Lincoln Town Car modeli oldu. Bu, ənənəvi arxa ötürücülü iri avtomobil idi, o, açarsız işədüşmə sistemi və səkkiz silindrli V formalı mühərriklə təchiz edilmişdi və istehlakçını hər cür komfortla təmin edirdi.

1998-ci ilin aprelində ilk dəfə Nyu-Yorkda LS seriyalı klassik tərtibatlı Lincoln nümayiş etdirildi və lüks sinfinə mənsub olan iri idman sedanlarının həvəskarları arasında dərhal böyük populyarlıq qazandı.

1997-ci ilin yanvarından Lincoln bölməsi ABŞ-də ən təmtəraqlı ofrouderlərdən biri olan Lincoln Navigator modelini istehsal etdi. Bu model Ford Expedition avtomobilinin bazasında hazırlanıb.

Son illər yeni modellər istehsal etmədiyinə görə şirkət yapon, avropalı və amerikalı rəqiblərindən geri qalır. Amma şirkət mövcud vəziyyəti düzəltmək üzərində çalışır. Şirkət Ford Motor korporasiyasının digər modellərinin hissə və detallarını tətbiq edir, onların platformasından istifadə edir. Bütün bunlarda məqsəd alıcıların diqqətini şirkətin və onun məhsullarına cəlb etməkdir.

Lincioln-nun istehsal etdiyi nəqliyyat vasitələri hazırda ABŞ, Kanada, Meksika, Puerto-Riko, Virciniya adaları (ABŞ), Quam, Samoa, Şimali Marian adaları, Çin, Cənubi KoreyaYaxın Şərqdə geniş yayılıb.

Hazırda Ford Motor korporasiyasının bölməsi olan Lincoln Motorun mənzil-qərargahı Dibornda yerləşir (Miçiqan ştatı).

  • Lincoln Mark LT
  • Lincoln MKS
  • Lincoln MKX
  • Lincoln MKZ
  • Lincoln Navigator
  • Lincoln Town Car

Aktual modelləri

[redaktə | mənbəni redaktə et]
  • Lincoln LS
  • Lincoln Aviator
  • Lincoln Blackwood
  • Lincoln Continental
  • Lincoln Mark|Lincoln Mark Seriyası
  • Lincoln Zephyr

Tarixi modelləri

[redaktə | mənbəni redaktə et]
  • Lincoln L-Seriyası
  • Lincoln K-Seriyası
  • Lincoln-Zephyr
  • Lincoln-Zephyr Continental
  • Lincoln Custom
  • Lincoln Sport
  • Lincoln Cosmopolitan
  • Lincoln Lido
  • Lincoln Custom
  • Lincoln Capri
  • Lincoln Premiere
  • Lincoln Versailles

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]