Linqvistik relyativizm fərziyyəsi və ya Sapir–Vorf hipotezi — bir dilin quruluşunun onun danışanlarının dünyagörüşünə və baxışlarına, habelə onların idrak proseslərinə təsir etdiyini iddia edən fərziyyə. Bu fərziyyənin iki forması var:[1]
Sərt versiya: dil təfəkkürü müəyyən edir, buna uyğun olaraq linqvistik kateqoriyalar koqnitiv kateqoriyaları məhdudlaşdırır və müəyyən edir.
Yumşaq versiya: dil yalnız təfəkkürə təsir edir, linqvistik kateqoriyalarla yanaşı, təfəkkürə ənənələr və bəzi qeyri-linqvistik davranış növləri də təsir edir.
"Sapir–Vorf hipotezi" termini əslində yanlış adlandırmadır, çünki Edvard Sepir və Bencamin Vorf heç vaxt həmmüəllif olmayıblar və heç vaxt öz fikirlərini elmi fərziyyə kimi iddia etməyiblər. Fərziyyənin sərt və yumşaq variantlarının ortaya çıxması da sonrakı dövrlərə aiddir. Sepir və Vorf heç vaxt qəsdən belə fərqləndirmə etməsələr də, onların əsərlərində linqvistik relyativizm prinsipinin həm sərt, həm də yumşaq təsvirlərinə rast gəlmək mümkündür.[2][3] Bəzi tədqiqatçıların fikrinə görə, fərziyyənin ilk müəllifi Sepir olmuşdur. Buna görə də hipotezin adlandırmasında onun adı birinci qeyd edilir.[4]
Linqvistik relyativizm prinsipi, həmçinin dil və düşüncə arasındakı əlaqə fəlsəfədən tutmuş psixologiya və antropologiyaya qədər müxtəlif elm sahələrinin marağına səbəb olmuş, ədəbi əsərlər və süni dillərin yaradılması üçün ilham mənbəyi olmuşdur.
Кронгауз М. А. Семантика. М.: ИЦ "Академия", 2005 (изд. 2)
Кудрявцева Н. С. Лінгвістична відносність і проблеми перекладу філософської термінології: лінгвокогнітивний підхід. — К. : Видавничий дім Дмитра Бураго, 2017. ISBN 978-966-489-413-2
Уорф Б. Л. Отношение норм поведения и мышления к языку // Новое в лингвистике, вып. 1, М., 1960.
Chandler Daniel. The Sapir — Whorf Hypothesis // Web site of University of Wales, AberystwythChandler Daniel, Guy, The Sapir — Whorf Hypothesis // Web site of University of Wales //http://www.aber.ac.uk/media/Documents/short/whorf.html
Kay, Paul & Willet Kempton, "What is the Sapir–Whorf Hypothesis?", American Anthropologist, 86 (1), 1984: 65–79, doi:10.1525/aa.1984.86.1.02a00050
Kay, Paul & Chad K. McDaniel, "The Linguistic Significance of Meanings of Basic Color Terms", Language, Linguistic Society of America, 54 (3), 1978: 610–646, doi:10.2307/412789, JSTOR412789
O'Neill, Sean, Cultural Contact and Linguistic Relativity Among the Indians of Northwestern California, University of Oklahoma Press, 2008, ISBN0-8061-3922-6