Linza (alm. Linse, lat. lens - mərcimək) — sferik səthlərlə hüdudlanmış şəffaf cisim. Linzalar iki cür olur qabarıq və çökük. Ortası kənarlarından nazik olan linza çökük, qalın olan isə qabarıq linzadır. Linzaların hazırlanmasında optik şüşədən, kristallardan, şəffaf optik plastikdən və digər materiallardan istifadə olunur.
Linzalar teleskop, binokl, kamera kimi görmə cihazlarının əsas detallarından biridir. Onlardan həmçinin görmə qüsurlarını aradan qaldırmaq üçün eynəklərdə istifadə olunur.
Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |