Lionlu Blandina | |
---|---|
Doğum tarixi | II əsr |
Doğum yeri |
|
Vəfat tarixi | 177 |
Vəfat yeri |
|
Xatirə günü | 2 iyun |
Vikianbarda əlaqəli mediafayllar |
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi.
177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır.[1]