Lipoik turşu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₈H₁₄O₂S₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1077-28-7 |
PubChem | 864 |
ChEBI | 16494 |
ChemSpider | 841 |
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur.[2]
Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir.
Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır.
Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir.[3]
Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir.[4]
Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.[5]
Lipoik turşu üzərində aparılan tədqiqatlar onun oral yolla qida əlavəsi olaraq qəbulunun venadaxili damcı yolu ilə yeridilməsi üsulu ilə orqanizm tərəfindən mənimsənilməsi arasında fərqlər olduğunu üzə çıxardı. Bunu 2007-ci ildə insanlar üzərində aparılan müşahidələr zamanı aşkar etmişdilər.[6]
Lipoik turşu həm də antioksidant rolunu oynayır, orqanizmin daxili antioksidant sistemlərini bərpa edir. Bu turşu ağır metalları qan dövranından effektiv şəkildə təmizləyir.[7][8][9]
Hər biri 600 mq olan 10 tablet alfa lipoik turşusu insanlar üçün öldürücü doza ola bilər.[10]