Ölkə | Fransa |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1932 |
Komandaların sayı | 20 |
Aşağı liqa | Liqa 2 |
Digər kubok(lar) |
Fransa Kuboku Fransa Liqa Kuboku Fransa Super Kuboku |
Beynəlxalq kubok(lar) |
UEFA Çempionlar Liqası UEFA Avropa Liqası |
Son çempion |
PSJ (12-ci dəfə) (2023-24) |
Ən uğurlu komanda | PSJ (12 dəfə) |
TV partnyoru |
Canal+ beIN Sports |
Veb səhifəsi | http://www.ligue1.com/ |
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir.
1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi. 1932-33 mövsümündə iki qrupdan ibarət ibarət çempionata start verildi. İlk Fransa çempionatının iştirakçıları bu klublar olmuşlardı: "Olimpik Marsel", "Paris", "Olimpik Lill", "Sete", "Nim", "Ekselsior", "Nays", "Fransız", "Hyares", "Mulhouz", "Antib", "Kann", "Soşo", "Monpelye", "CA Paris", "Renn", "Fiv", "Olimpik Qırmızı Ulduz", "Metz", "Olimpik Ales". İlk çempion finalda "Kann" klubunu məğlub etmiş "Olimpik Lill" olmuşdur. Bu klub 1944-cü ildə bağlanmışdır.
Klub | ||||
---|---|---|---|---|
PSJ | Lorient FK | Renn FK | Bordo FK | Monpeyle FK |
Quinqamp | Nant FK | Tuluza | Kan FK | Nans FK |
Sent Etyen | Lill FK | Bastya | Dijon FK | Nice FK |
Olimpik Lyon FK | Angers FK | Monako FK | Metz FK | Olimpik Marsel FK |
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |