Lisi | |
---|---|
Doğum tarixi | təq. e.ə. 445[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 380 |
Vəfat yeri | |
Fəaliyyəti | orator, yazıçı |
Əsərlərinin dili | qədim yunan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Lisi (yun. Λυσίας; təq. e.ə. 445[1], Afina – e.ə. 380, Afina) — Afina oratoru, loqoqrafı.
Atası Kefal (Platonun dialoqlarından məlumdur) metek idi. Ailəsi Afina siyasətçisi Periklin dəvəti ilə Sirakuzdan (Siciliya) gəlmişdi. Onun iki qardaşı (Polemarx və Evtidem) və bir bacısı (adı məlum deyil) var idi. Gələcək natiq İtaliyanın cənubundakı Furi şəhərində təhsil alıb, burada sofistlərdən ritorika kursu almışdır. Təxminən 412-ci ildə Lisi qədim Afinaya qayıtmışdır. Bu zaman Afina dövləti çətin vəziyyətdə idi: Peloponnes müharibəsindəki məğlubiyyət nəticəsində qalibiyyət qazanmış Spartanın himayədarları olan "Otuz tiran" hakimiyyətə gəlmiş, hüquqlarını itirmiş ünsürlərə qarşı terror siyasəti yürümüşdü.