Litoterapiya

Litioterapiya — farmokoterapiyanın bir növüdür. Litium duzlarının psixotrop xassəyə malik olmasını ilk dəfə Avstriya psixatrı Kade(1949) müəyyən etmişdir. Bu preparat, əsasən, affektiv pozuntular zamanı-maniakal və hipomanikal vəziyyətləri aradan qaldırmaq, bəzi hallarda isə profilaktika məqsədilə tətbiq edilir. Başlıca olaraq, litium karbonat və oksibutiratdan istifadə edilir. Sutkalıq doza 300-600 mq-dan(profilaktika məqsədilə)1800-2400 mq-dəkdir(müalicə məqsədilə). Litium duzları ilə müalicə zamanı müntəzəm olaraq qanda onun miqdarı yoxlanmalıdır. Litiumun miqdarı 1 2 mmol/1-dən çox olarsa, müalicəni dayandırmaq tələb edilir Xəstələr ürəkbulanma, öyümə, qusma, ümumi zəiflik və qarın ağrısından şikayətləndikdə litiumun qəbulu dayandırılmalı, qanın müayinəsi aparılmalıdır. Bir sıra hallarda vegetativ, allergik dermatid, ürək ritminin pozulması, endokrin əlamətlər diabetəbənzər hal müşahidə edilə bilər ki, bunlar da daha ciddi ağırlaşmaların olduğunu göstərir.[1]

  1. N.V.İsmayılov. Psixiatriya. 2013. səh. 92.