Little Boy | |
---|---|
| |
Ölkə | |
Xüsusiyyətləri | |
Ağırlığı | 4.400 kq |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Little Boy (azərb. Balaca oğlan) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi.
Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır.
Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır. Partlayış 600 metr yüksəklikdə (± 15 m) baş verib. Bomba üç gün sonra bir vadidə yerləşən Nagasakiyə atılmalı olan digər atom bombası Fat Mandan daha zəif olsa da, Xirosimanın düzənlik bir ərazidə yerləşməsinə görə daha güclü bir təsir göstərmişdir. 1945-ci ildə nəşr olunan rəsmi rəqəmlərə görə, partlayışın birbaşa təsiri nəticəsində 66.000 insan ölmüş, 69.000 nəfər isə müxtəlif səviyyələrdə yaralanmışdır. Ölənlərin 20 mininin Yaponiya İmperator Ordusunun əsgərləri, qalanlarının isə mülki şəxslər olduğu bildirilmişdir. Bombanın partlayıcı gücü 18 kiloton TNT ekvivalenti olaraq hesablanmış, lakin ABŞ Prezidenti Harry S. Trumanın çıxışlarında 20 kilotona qədər yuvarlaqlaşdırılmışdır.
İngilis dilindən tərcümədə Little Boy kiçik oğlan deməkdir.