Little Simz | |
---|---|
ing. Simbiatu Abisola Abiola Ajikawo | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1994 (30 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janr | hip-hop[d] |
littlesimz.com | |
![]() |
Little Simz (əsl adı: Simbiatu "Simbi" Abisola Abiola Acikavo; 23 fevral 1994, İslinqton, Böyük London) — əslən Nigeriyadan olan İngiltərə repçisi, müğənni, aktrisa. O, 2022-ci ildə "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Brit" mükafatı qazanıb.[1] Eyni il o, "Sometimes I Might Be Introvert" albomuna görə "Merkuri" sahibi olub.[2]
O, yeniyetmə yaşlarında "Spirit Warriors" və "Youngers" teleseriallarında rol almışdır. Eyni zamanda o, özünün müəllifi olduğu mahnıları SoundCloud və Bandcamp-a yerləşdirirdi. 21 yaşına çatanda artıq dörd miksteyp, beş minialbom və bir studiya albomu çıxarmışdı. Özü də hamısını şəxsi leyblı olan "Age 101 Music" vasitəsilə.
Simbi 23 fevral 1994-cü ildə Şimali Londonun İslinqton borosunda nigeriyalı ailədə doğulub.[3] Mənşəcə Yoruba xalqındandır.[4][5][6] Uşaq ikən onun valideynləri ayrılıb. Anası və qardaş-bacıları ilə yaşayıb. Onun 12 və ya 13 yaşı olanda anası ailə problemləri olan uşaqları himayədar kimi qəbul etməyə başlayıb. Onların evinə müntəzəm olaraq yeni uşaqlar gəlib-gedirdilər. Simbi orta təhsilini Highbury Fields School-da alıb.
Hip-hopu ona amerikalı repçi Missi Elliot sevdirib. Yeddi yaşında ikən ona heyran idi. Onun bir artist kimi inkişafında Müqəddəs Merinin Gənclər Klubunun (St Mary's Youth Club) böyük rolu olub.[7] O, doqquz yaşında orada yaşıdları ilə birgə fristayl edirdi. Deyir "gənclər klubu mənim ikinci evim kimi idi. Dərsdən sonra küçələrdə sülənmək əvəzinə ora gedirdim".
Onun bir vaxtlar maraq dairəsində əsasən rəqs dayanırdı. Bir-birindən fərqli rəqs dərslərinə yazılmışdı.[8]
Studiya albomları